Accessibility links

Urmiyədə 10 nəfər həbs edilib


Qərbi Azərbaycan vilayətinin siyasət və təhlükəsizlik işləri üzrə vali müavini əhalini kütləvi etirazlara qatılmağa dəvət edən 10 vətəndaşın nəzarət altına alındığını bildirib.

Son bir neçə gün ərzində ölkənin müxtəlif şəhərlərində baş qaldıran kütləvi etirazlar İran Azərbaycanının Urmiyə, Zəncan, Marağa, Həmədan, Ərdəbil və Əbhər kimi şəhərlərinə də yayılıb.

Yarı-rəsmi Mehr agentliyinə müsahibə verən vali müavini Qərbi Azərbaycan vilayətində əhalini nümayişlərə qatılmağa çağıranları “nizamın düşmənləri” adlandırıb.

Əlirza Radfər deyib ki, “xalq hər zaman nizam və inqilabın dəstəkçisi olub... əhalini dekonstruksiya fəaliyyəti üçün təhrik edən 10 nəfər həbs edilib və onların haqqında qanuni proseslər aparılmaqdadır.”

Marağa - 31 dekabr 2017
Marağa - 31 dekabr 2017

Dekabrın 31-də Şərqi Azərbaycan vilayətinin Marağa şəhərində hökümət binaları önündə türk və fars dilində şüarlar səsləndirən etirazçıları göstərən videolar sosial mediada paylaşılıb.

Nümayişə qatılanlar işsizlik və iqtisadi çətinliklərə etirazlarını bildirməklə yanaşı milli şüarlar da səsləndirirlər. Həmin videolarda İran polisi özəl qüvvələrinin etirazçılara hücum etdiyi görünür.

XS
SM
MD
LG