Accessibility links

İran universitetlərində türk dili bölümü yaradılmasına dair ziddiyyətli açıqlamalar


İranda əlaqədar dövlət qurumları və media tərəfindən universitetlərdə türk dili bölümünün yaradılmasına dair ziddiyyətli xəbər və açıqlamalar yayılır.

Universitetə qəbul imtahanı (Konkur) üçün nəşr edilmiş yeni kitabçanın təhsil sahələri siyahısında “Azəri Türk Dili və Ədəbiyyatı” bölümü adı görünür, amma universitetlər siyahısında bu bölümə tələbə qəbul edən heç bir ali təhsil mərkəzi yoxdur.

İran Azərbaycanında fəaliyyət göstərən jurnalistlər və mədəni fəallar bu ziddiyyətli durumu tənqid etməklə bərabər türk dilinin əsasən uşaqlara öyrədilməsinin zərurətinə diqqət çəkirlər. Onlar həmçinin bölümün adında “azəri” sözünün qeyd edilməsinə etiraz bildirir.

Kürdüstan Universiteti keçən il kürd dili və ədəbiyyatı bölümündə 40 tələbə qəbul edib, bu il də qəbul etməkdədir. Amma, görünür ki, türk dili və ədəbiyyatı bölümünün mövzusu biraz daha qarışıqdır...
Etimad qəzeti

Tehranda nəşr edilən Etimad qəzeti hər hansı universitetin türk dili bölümü üçün tələbə qəbul etmədiyini və bu bölümün universitetə qəbul imtahanı kitabçasında ancaq "bir ad və bir koddan ibarət" olduğunu yazıb:

“Mediada Kürd Dili və Ədəbiyyatı və Türk Dili və Ədəbiyyatı bölümlərində tələbə qəbuluna dair xəbərlər yayılıb. Kürdüstan Universiteti keçən il kürd dili və ədəbiyyatı bölümündə 40 tələbə qəbul edib, bu il də qəbul etməkdədir. Amma görünür ki, türk dili və ədəbiyyatı bölümünün mövzusu bir az daha qarışıqdır... Konkur kitabçasına baxanda bu bölümün ancaq bir addan ibarət olduğunu görürük. Bu bölüm üçün hər hansı universitet nəzərdə tutulmayıb, nə Təbrizdə, nə Urmiyədə, nə də başqa bir universitetdə.”

Etimad qəzeti mövzuyla bağlı tələbə qəbulu imtahanları keçirən dövlət təşkilatının sədri İbrahim Xudayiyə müraciət edib. Xudayi bölümün yaradılması üçün icazə verildiyini ancaq indiyə qədər heç bir universitet türk dili və ədəbiyyatı bölümündə tələbə qəbul etmək üçün müraciət edilmədini bildirib.

Bu arada, İSNA agentliyinin Təbriz Universitetinin türk dili və ədəbiyyatı bölümündə tələbə qəbuluna dair xəbəri məsələni daha da mürəkkəbləşdirib.

XS
SM
MD
LG