Accessibility links

Tillerson: İran nüvə razılığına riayət edir, Tramp isə daha mükəmməl strategiya istəyir


ABŞ dövlət katibi Reks Tillerson İranın beynəlxalq nüvə sazişinə texniki əməl etdiyini desə də, prezident Trampın Konqresdən daha mükəmməl strategiya qəbul etməsini istədiyini bildirib.

Tillerson deyib ki, ABŞ dövlət başçısı razılığın zəif hissələrinin möhkəmləndirilməsi və İranın nüvə proqramının təhlükələrinin sıralanmasına çalışır.

ABŞ lideri ötən həftə İslam Respublikasına qarşı yeni sərt strategiya açıqlayıb.

"Əvvəllər dediyim kimi, İran anlaşması Birləşmiş Ştatların indiyədək daxil olduğu ən pis və birtərəfli sazişlərdən biridir," deyə ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişinə dəstəyini rəsmən geri götürdüyünü bildirib.

"Nüvə anlaşması İranın diktaturasına siyasi və iqtisadi həyat naqili uzadaraq sanksiyaların yaratdığı təzyiqləri yumşaltdı," deyə Prezident Tramp sələfi Barak Obamanın rəsmi Tehranla gəldiyi razılığı tənqid edib. "O, həmçinin rejimə maliyyə dəstəyi verərək hökumətə terroru maliyyələşdirmək üçün əlavə $100 milyard dollar bəxş etdi."

Tramp çıxışı zamanı 2015-ci ildə Vaşinqton və digər 5 dövlətin İranla əldə etdiyi razılığın Birləşmiş Ştatların milli təhlükəsizliyinin marağında olmadığını bəyan edib.

XS
SM
MD
LG