Accessibility links

ABŞ İranın "Xalq Mücahidləri" təşkilatını terrorçu siyahısından çıxarmağı planlaşdırır


In this file photo provided by the People's Mujahedeen Organization of Iran, Iraqi police stand guard outside the opposition group's camp northeast of Baghdad, Iraq.
In this file photo provided by the People's Mujahedeen Organization of Iran, Iraqi police stand guard outside the opposition group's camp northeast of Baghdad, Iraq.
ABŞ rəsmiləri Obama administrasiyasının vaxtilə sabiq İraq prezidenti ilə müttəfiq olduğu deyilən İranın yaraqlı qrupunu Birləşmiş Ştatların terrorçu siyahısından çıxarmağı planlaşdırdığını bildirib.

Məhkəmənin dövlət katibi Hillari Klintona İranın "Mücaheddini-Xalq" - Xalq Mücahidləri təşkilatının taleyi ilə bağlı qərar verməsinə oktyabr ayının 1-dək vaxt verdiyi deyilir. Lakin naməlum mənbələrdən alınan xəbərlərdə dövlət katibinin təşkilatın adını terrorçu təşkilatlar siyahısından çıxardığı bildirilir.

Təşkilatın bu qərarı illərlə gözlədiyi bir vaxt, belə bir addımın İran hökumətinin qəzəbinə səbəb olacağı gözlənilir.

İran və İraqda hakimiyyətin şiələrin nəzarətində olduğu vaxtlar "Mücəheddini Xalq" təşkilatı terrorçu təşkilat kimi tanınırdı. 1979-cu ildə İranda inqilab baş verdikdən sonra sabiq prezident Səddam Hüseyn qrupun üzvlərinə İraqda sığınacaq vermişdi. Qrupun bəzi üzvləri 20 il bundan əvvəl Səddam Hüseynə şiə inqilabını əzməkə yardım etməkdə ittiham edilib.
XS
SM
MD
LG