Accessibility links

İsrail diplomatlarına qarşı hücumda ittiham edilən iranlı Tailanda ekstradisiya edilir


Malayziya məhkəməsi İran vətəndaşının Tailanda ekstradisiya edilməsi barədə hökm çıxarıb. O, İsrail diplomatlarına qarşı partlayış planının hazırlanması ilə əlaqədə ittiham olunur.

Malaiziya polisi üç iranlının hadisə ilə əlaqədə olmasının təhlükəsizlik kameraları ilə çəkildiyini deyib.
Masud Sədaqətzade fevral ayının 14-ü Tailandın paytaxtı Bangkokdakı bir evdə partlayış baş verdikdən sonra Malaiziya hava limanında həbs edilib. Tailand polisinin bildirdiyinə görə, Sədaqətzadə və iki başqa iranlı bomba aşkar edilmiş evi tərk edən an kameraya tuş gəlib.

Müttəhimin vəkili müştərisinin təqsirsiz olduğunu və apellyasiyaya müraciət edəcəyini deyib. Tailand rəsmiləri İsrail diplomatlarının hücumun hədəfi olduğunu ehtimal edir.
XS
SM
MD
LG