Accessibility links

İrana məxsus neft tankeri vurulub


İran rəsmilərinin bildirdiyinə görə, cümə günü Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahillərində İrana məxsus tankerə iki raket atılıb.

“Sabiti” neft tankeri Səudiyyə Ərəbistanının Ciddə liman şəhərindən 130 kilometr cənub-qərbdə vurulub. Bu barədə İranın dövlət xəbər agentliyi İRNA yanacaq gəmisinin məxsus olduğu Milli İran Neft Şirkətinə (NIOC) istinadən bildirib.

Agentliyin məlumatında deyilib ki, partlayış tankerin içərisindəki iki anbarı zədələdiyinə görə neft Qırmızı dənizə sızıb, lakin sonradan sızma dayandırılıb.

İRNA İranın tankerinə hücumda kimdən şübhələndiyini bildirməyib.

Bu, son zamanlar Tehranla Birləşmiş Ştatlar arasındakı gərginliyin artdığı bir vaxtda bölgədə baş verən son hadisədir.

Səudiyyə Ərəbistanı iddia edilən hücumla bağlı açıqlama verməyib.

Birləşmiş Ştatlar Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanması hadisədən xəbərdar olduğunu desə də, məsələ ilə bağlı əlavə şərh verilməyib.

Neft qiymətinin 2 faiz artdığı bildirilib.

XS
SM
MD
LG