Accessibility links

BMT-nin nüvə agentliyinin başçısı İran və Suriyanı tənqid edib


BMT-nin nüvə agentliyinin başçısı İran və Suriyanı tənqid edib
BMT-nin nüvə agentliyinin başçısı İran və Suriyanı tənqid edib

BMT-nin nüvə agentliyinin rəhbəri Yukiya Amano İranın nüvə sahəsində hərbi məqsədlərlə fəaliyyət göstərə bildiyinin mümkün olduğunu deyib. Bu gün Vyanada Beynəlxalq Atom Enerjisi agentliyinin heyətinin bir həftə sürəcək iclasının açılışında danışan Amano İranı beynəlxalq nüvə ekspertləri ilə əməkdaşlıq aparmadığına görə tənqid edib. Amano bununla yanaşı Suriyanı da tənqid edərək, Beynəlxalq Atom Enerjisi agentliyinin Dair Əlzurdakı obyektin elan edilməmiş nüvə reaktoru olduğuna dair təxminlərini müdafiə edib. ABŞ və onun müttəfiqləri Suriya müfəttişlərə şübhəli nüvə reaktorunu yoxlamağa icazə vermədiyinə görə Beynəlxalq Atom Enerjisi agentliyinə məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmaq üçün təzyiq göstərir.

XS
SM
MD
LG