Accessibility links

İranlı tələbələr təhlükəsizlik qüvvələri ilə toqquşmalardan sonra oturaq aksiyaya başlayıblar


İranın Əl-Zəhra Universitetinin tələbələri oktyabrın 31-də oturaq etiraz aksiyasında iştirak edirlər.
İranın Əl-Zəhra Universitetinin tələbələri oktyabrın 31-də oturaq etiraz aksiyasında iştirak edirlər.

Həftə sonu təhlükəsizlik qüvvələrinin hicab qaydalarını pozduğu iddiası ilə polisdə saxlanılan gənc qadının ölümünün səbəb olduğu etirazları dağıtmaq üçün gözyaşardıcı qaz və güllələrdən istifadə etdiyi qarşıdurmalardan sonra İranın bir neçə universitetində tələbələr oturaq aksiyalara başlayıblar.

Tələbələr oktyabrın 31-də oturaq aksiyaya başlayıblar və bildiriblər ki, universitet rəsmiləri 22 yaşlı Məhsa Əmininin sentyabrın 16-da ölümündən sonra ölkədə başlayan etirazlarda iştirak etdiklərinə görə cəzalandırılan digər tələbələrin təhsildən kənarlaşdırılmasına son qoymalıdır.

“Bu hərəkət - tələbələrin dərslərdən kənarlaşdırılması qeyri-qanunidir, çünki bu, onlara qarşı irəli sürülən ittihamlar izah edilmədən və olnarın özlərini müdafiə etmək hüququ olmadan həyata keçirilib” – deyə, Tehrandakı Əllame Təbatəbai Universitetinin İqtisadiyyat Universitetinin tələbələrinin bəyanatında deyilir.

İran İnqilab Keşikçiləri Korpusunun oktyabrın 29 tarixinin tələbələrin etirazlarının son günü olacağı ilə bağlı hədələri fonunda oturaq aksiyanın həftə sonu toqquşmalardan sonra mövcud gərginliyi daha da artıracağı ehtimal edilir.

Universitet şəhərcikləri hökumətin xarici düşmənlər və onların agentlərini günahlandırdığı etirazlarda əsas rol oynayaraq, müxalifətin mərkəzi ocaqlarına çevrilib. Rəsmilər bu iddiaları dəstəkləmək üçün heç bir sübut təqdim etməyiblər.

Əmininin ölümündən sonra qadınlar üçün dövlət tərəfindən icbari hicab və ya baş örtüyünə yönələn etirazlar sonradan İranın teokratik rəhbərliyinin devrilməsi çağırışları ilə genişləndi.

HRANA hüquq təşkilatıınn oktyabrın 28-nə olan məlumatına görə, etirazlarda azı 272 nəfər həlak olub, 14 minə yaxın adam həbs edilib.

XS
SM
MD
LG