Iran televiziyasında daşqalaq edilməklə ölümə məhkum edilmiş Səkinə Aştiyaninin xəbərdə deyildiyi kimi, həyat yoldaşını necə qətlə yetirdiyini göstərdiyi səhnə nümayiş etdirilib. Press TV-nin cümə günü yayımladığı səhnələşidirilmiş bu videoda Səkinə Məhəmməd Aştiyani İran rəsmilərinin bundan əvvəl bildirdiyi kimi, həyat yoldaşını necə qətlə yetirdiyinin detallarını açıqlayır. 43 yaşlı Aştiyani 2006-cı ildə həyat yoldaşının qətli ilə bağlı iki müxtəlif məhkəmədə məhkum olmuş və ona ölüm cəzası verilmişdir. Daşqalaq cəzası ona qətldən sonra iki kişi ilə qeyri-qanuni münasibətlərdə olduğuna görə verilmişdir.