Accessibility links

İranın ədliyyə orqanları qadının daş-qalaq edilməklə ölüm hökmünün icrasını hələlik saxlayıb


Məlik Əjdər Şərifi xəbər agentliyinə bildirib ki, qadının günahkar olduğu müəyyən edilsə də, İranın ədliyyə nazirliyinin rəhbəri humanizm nümayiş etdirərək, onun hökmünün icrasını saxlayıb

İranın ədliyyə orqanlarının rəsmisi bildirib ki, daş-qalaq edilməklə ölümə məhkum edilmiş qadının hökmü hələ müəyyən müddət icra edilməyəcək.

İranın dövlətə məxsus xəbər agentliyi bu haqda açıqlamanın Şərqi Azərbaycan vilayətinin Ədliyyə şöbəsinin rəhbəri Məlik Əjdər Şərifi tərəfindən verildiyini bildirir. Şərifi xəbər agentliyinə bildirib ki, qadının günahkar olduğu müəyyən edilsə də, İranın ədliyyə nazirliyinin rəhbəri humanizm nümayiş etdirərək, onun hökmünün icrasını saxlayıb. Bununla belə, yerli rəsminin sözlərinə görə, ölüm hökmü qərb mətbuatında aparılan təbliğata baxmayaraq, ədliyyə nazirliyinin rəhbərinin məqsədəuyğun hesab etdiyi vaxt icra ediləcək.

Qərb dövlətləri və insan hüquqları qrupları İranı qadını daş-qalaq edilməklə ölüm hökmünü icra etməmə çağırır.

İnsan hüquqları qrupları 43 yaşlı Səkinə Məhəmməd Aştiyaninin 2006-cı ildə xəyanət etdiyinə görə məhkum edildiyini və onun artıq 99 şallaqla cəzalandırıldığını bildirib.

XS
SM
MD
LG