Accessibility links

Umud Evrən: İranda iqrçilik təkcə idman deyil, bir çox sahədə var [Audio]


Umud Evrən
Umud Evrən

“İranlı aydınlar qeyri-fars toplumlara qarşı irqçilik məsələsini müzakirə etmək belə istəmirlər. Onlar irqçliyin bu ölkədə bəhs mövzusu ola biləcəyini bütünlüklə rədd edirlər,” deyə Amerikanın Səsinə müsahibə verən siyasi ekspert Umud Evrən güneyli fəalların toplumda mövcüd olan irqçiliyi üzə çıxarmaq istiqamətində fəaliyyətini önəmli olaraq dəyərləndirir.

please wait

No media source currently available

0:00 0:15:46 0:00
Direct link

Bəzi qeyri-fars qruplar, xüsusilə Azərbaycan və Əhvaz bölgələrində yaşayan türk və ərəb fəallar İran milli futbol komandasının “Farsın İftixarı” şüarı ilə Dünya Çempionatına qatılmasını irqçi bir hərəkət kimi dəyərləndirib və komandanın məğlub olmasından sevindiklərini ifadə etdilər.

İranda irqçilik məsələsi dartışılmamış danılır. Onlar deyir, sizlər nə türk nə də ərəbsiniz. Bunu üçün də əsasən irqçiliyin bəhs mövzusu olduğunu qəbul etmirlər.
Umud Evrən

Ancaq mərkəz mehvərli kimi tanınan siyasi qruplar ümumiyyətlə bu şüarın irqçi mahiyyət daşıdığını qəbul etmirlər. Onların bəzisi İran komandasının uduzmasından sevinənləri “pan-türkist” və “etnosentrist” olmaqda günahlandırır.

Umud Evrənin sözlərinə görə, “İranda irqçilik məsələsi dartışılmamış danılır. Onlar deyir, sizlər nə türk nə də ərəbsiniz. Bunu üçün də əsasən irqçiliyin bəhs mövzusu olduğunu qəbul etmirlər.”

Evrən bu sözlərlə “İranda türklər ya ərəblər yoxdur bəlkə türkdilli və ərəbdilli iranlılar vardır,” deyən İran millətçilərinə işarə edir.

Güneyli fəal hazırda modern dünyanın siyasi ədəbiyyatında irqçiliyin artıq irq qavramı ilə deyil kültür ilə əlaqəli olduğunu vurğulayır.

“Bir toplumda irqçilik mövcüd olduğu zaman, bu irqçilik bütün yerlərdə o cümlədən idman sahəsində də özünü göstərir,” deyə Umud Evrən söyləyir.

Evrənin dediklərinə görə, İran hakimiyyətinin idman sahəsində millətçilik mahiyyəti daşıyan terminlərdən istifadə etməsinin uzun keçmişi olub. O, misal olaraq İranda komanda adı, komanda şüarı və ya kubok adı olaraq istifadə edilən “tac”, “perspolis”, “təxti-cəmşid”, “xəlic fars”, “fars ulduzları” və “fars şahzadələri” kimi sözlər və tərkiblər haqqında danışıb.

Hollandiyada mühacirət həyatı yaşayan güneyli fəal Azərbaycan fəallarının İranda irqçiliklə mübarizə və onun üzə çıxarılmasında önəmli rol oynadıqlarını vurğulayır.

XS
SM
MD
LG