Accessibility links

İran qadın fəalı ölüm cəzasına məhkum edib


 Pəhşan Əzizi
Pəhşan Əzizi

İranın kürd mənşəli vətəndaş fəalı Pəhşan Əzizinin edam cəzasına məhkum edilməsi sosial media istifadəçiləri və insan haqları təşkilatlarının geniş etirazına səbəb olub. Etirazlar zamanı İslam Respublikası qadın fəallara qarşı qəddar qisasına görə pislənilib.

Əzizinin vəkilləri hökm barədə məlumatı çərşənbə axşamı alıblar.

Bu, son həftələr İranda qadın siyasi məhbusa irəli sürülən ikinci ölüm hökmüdür. Bundan əvvəl Rəştdəki Lakan həbsxanasında saxlanılan əmək fəalı Şərifə Məhəmmədi də üsyan ittihamı ilə şəhər İslam İnqilabı Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.

Vətəndaş fəalı, keçmiş siyasi məhbus Atefeh Nəbəvi X sosial şəbəkəsində "İnana bilmirəm. İnana bilmirəm. Pəhşan Əzizinin qardaşı Paxşanın ölüm hökmü aldığını bildirdi. İnana bilmirəm, bu necə kabusdur, ay qız..." yazıb.

Kürdləri müdafiə “Hengaw” insan haqları təşkilatı Əzizinin ölüm cəzasına məhkum edildiyini, “bir neçə aydır ki, ona vəkil və ailə üzvləri ilə görüşməyə icazə verilmədiyini və məhkəmə proseslərinin qeyri-şəffaf və ədalətsiz aparıldığını” bildirib.

“Hengaw” bu yaxınlarda Əzizinin yazdığı məktubu dərc edib. Məktubda o, həbs olunduğu müddətdə dəfələrlə işgəncələrə məruz qaldığını və asıldığını bildirib.

"Onlar qadın fəallardan ən qəddar şəkildə qisas alır. Dəfələrlə ölüm hökmlərinin verilməsi, uzunmüddətli həbslər, sürgünlər və qadın məhbusların şübhəli xəstəliklərlə təhdid edilməsi İslam Respublikasının qadınlara qarşı törətdiyi davamlı cinayətlərdir. Biz bu qəddar ədalətsizliklər qarşısında səssiz qalmamalıyıq" - deyə, qadın haqları müdafiəçisi Fatimə Şahrazad Şəms bildirib.

Bu arada, Kürdüstan İnsan Haqları Şəbəkəsinin bildirdiyinə görə, “Əzizinin ölüm hökmü digər kürd fəal, “Şərqi Kürdüstan Azad Qadınlar Cəmiyyəti”nin (KJAR) üzvü Urişa Muradinin Kürdüstan vilayətinin Sənəndəcdə həbsindən sonra oxşar ittihamlarla üst-üstə düşür.

Əzizi 2023-cü il avqustun 4-də Tehranın Xərazi şəhərində Kəşfiyyat Nazirliyi tərəfindən həbs edilib. O, Evin həbsxanasının 209-cu bölməsinə, daha sonra isə qadınlar üçün bölməyə köçürülməzdən əvvəl Kəşfiyyat Təcridxanasında sorğu-suala və işgəncələrə məruz qalıb. Daha sonra o, "müxalifət qruplarına üzv olmaqla üsyan etməkdə" ittiham olunub.

Əzizinin həbs tarixçəsi var. O, ilk dəfə 2009-cu ilin noyabrında Kürdüstanda tələbələrin siyasi edamlara qarşı etirazı zamanı həbs edilib. Daha sonra 2010-cu il martın 19-da 100 milyon tümən girov müqabilində sərbəst buraxılıb.

Forum

XS
SM
MD
LG