Accessibility links

İranda seçkilər-seçim məhdudiyyətləri [Video]


İranda seçkilər-seçim məhdudiyyətləri
please wait

No media source currently available

0:00 0:02:49 0:00

İranda seçkilər-seçim məhdudiyyətləri

İranda prezidentliyə namizədlər bir necə mühüm debatlarda iştirak edib. Lakin Qərblə müzakirələr və nüvə proqramı kimi əsas məsələrə dair məhdud fikirlər səslənib.

İranın baş nüvə müzakirəçisi Səid Cəlilinin kompromis əleyhinə mövqeyi dəyişməz olaraq qalır. Sabiq müzakirəçi Həsən Rövhani isə daha yumşaq mövqedədir. Lakin bu namizədlərin heç biri nüvə məsələsində böyük dəyişikliyə nail olmayacaq. Bu, Londonda yerləşən Beynəlxlaq Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Mark Fitzpatrikin fikridir.“Hər şey ali rihani lider Ayətullah Əli Xameneyinin baxışından asılıdır. Prezidentin kim olacağından heç nə asılı deyil. Böyük dəyişiklik gözləmirəm.”

Ayətullah Əli Xameneyi heç bir namizədi dəstəkləmədiyini deyir. Lakin islahatçılar və qadın namizədlər daxil olmaqla, o, istənilər namizədi rədd edə bilir. Bu isə iranlıların seçki azadlığının olmaması deməkdir. Bu, BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsi Əhməd Şahidin fikridir. “İranda azad və ədalətli seçkilər üçün ən adi şərait belə yoxdur. Beynəlxalq qanunlara görə, əsaslı, şəffaf və obyektiv dəlil olmadan namizədlər diskvalifikasiya edilə bilməz.”

Diskvalifikasiya edilənlərə liberal sabiq prezident Əli Əkbər Haşemi Rəfsaəncani də daxildir. Neft bazarları üzrə tətlilçi, iqtisadçı Leo Drollasın fikrincə İran ictimaiyyətinin bəzi təbəqələrini çıxmaq şərti ilə adi iranlılar üçün əsas məsələ beynəlxalq sanksiyalara görə tənəzzülə uğrayan iqtisadiyyatdır.“Ayətullalar və İnqilab qvardiyası, habelə tacirlərdən başqa əksəriyyət əziyyət çəkir. Buna görə də dəyişiklik gözlənilmir.”

İran seçkilərinin gərginləri azaldacağı və sanksiyaları yüngülləşdirəcəyinə dair ümidlər var. Ekspertlər isə hesab edir ki, İranın mövqeyini məhz sanksiyalar möhkəmləndirir. Təhlilçilər nüvə məsələsində yaranmış çıxılmaz vəziyyətin İranın hərbi qüdrətini artırmasına yardım edəcəyini deyir. Bu isə öz növbəsində hərbi qarşıdurmaya yol aca bilər.
XS
SM
MD
LG