Accessibility links

ADAPP: İran seçki ərəfəsində Azərbaycan Türklərinə təzyiqləri artırır


“İyun ayında keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca, İran höküməti azərbaycan türklərinin vətəndaş hüquqları müdafiəçiləri və siyasi fəallarına qarşı təzyiqləri gücləndirir”-deyə İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyi (ADAPP) yeni hesabatında qeyd edib.

Sənəddə ötən günlərdə Təbriz İnqilab Məhkəməsi tərəfindən hər birinə doqquz il həbs cəzası verilən Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatı (Yeni GAMOH) təşkilatının üzvləri Lətif Həsəni, Mahmud Fəzli, Yürüş Mehrəlibəyli, Şəhram Radmehr və Behbud Quluzadə, habelə Marağa İnqilab məhkəməsi tərəfindən səkkiz və bir il həbs cəzasına məhkum edilən Abbas Vəlizadə (Oxtay) və Mehdi Kuxiyana qarşı ağır hökmlərə diqqət çəkilib.

Hesabatda həmçinin məşhur şair, ustad Şəhriyarın ədəbi irsi üzərində tədqiqat aparmaq məqsədi ilə Təbrizə səfər edən AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalidin həbsi haqda da məlumat verilib.

ADAPP-ın yaydığı məlumatda ötən həftə Qərbi Azərbaycan vilayətinin Makı şəhərində mədəni fəallar Cahanbəxş Sultanzadə (Salur) və Behnam Bağırinin, Ərdəbil vilayətinin Xiyav şəhərində isə şair və yazar İlqar Müəzzinzadənin Ettelaat məmurları tərəfindən nəzarət altına alındığı bildirilib.

İranda Azərbaycanlı Siyasi Məhbuslarını Müdafiə Birliyi dil və mədəniyyət hüquqlarını müdafiə etdikləri üçün qanunsuz şəkildə həbs edilən bütün vicdan məhbuslarının azadlığını İran hökümətindən tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG