Accessibility links

Təbrizdə 20 məktəbli qız zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib


Dövlət mediası İranda minlərlə şagirdin xəstələnməsinə səbəb olan sirli zəhərlənmə dalğasından sonra çərşənbə axşamı 20 məktəbli qızın xəstəxanaya yerləşdirildiyini bildirib.

İRNA xəbər agentliyinin verdiyi məlumata görə, qızlar Şərqi Azərbaycanın şimal-qərb vilayətinin paytaxtı Təbrizdəki xəstəxanaya nəfəs darlığı hiss etdikdən sonra yerləşdirilib.

Şəhərin fövqəladə hallar xidmətinin rəhbəri Əsgər Cəfəri IRNA agentliyinə "Təbrizdəki qız liseylərindən birindən bir neçə şagirdin vəziyyətinin pisləşdiyi xəbərindən sonra təcili yardım işçiləri dərhal hadisə yerinə göndərilib" deyib.

"Şagirdlərin həyati əlamətləri və ümumi vəziyyətləri yaxşıdır" - deyə, o əlavə edib.

Noyabrın sonundan bəri baş verən hadisələr dalğasında 5000-dən çox məktəbli xoşagəlməz qoxular hiss etdiklərini bildirib, huşunu itirmə, ürəkbulanma, nəfəs darlığı və digər simptomlardan əziyyət çəkib, bəzilərinin isə xəstəxanada müalicəyə ehtiyacı var.

Təxminən 230 məktəbdə baş verən naməlum hallar şagirdlər və onların valideynləri arasında qorxu və qəzəb yaradıb.

İki həftə davam edən Novruz bayramı tətilindən sonra məktəblərdə dərslər bazar ertəsi bərpa edilib.

Martın əvvəlində İran zəhərlənmələrə görə 100-dən çox həbs insanın həbs edildiyini elan edərək, naməlum cinayətkarların düşmən adlandırdığı qruplarla əlaqəsi ola biləcəyini iddia edib.

Ali dini lider Ayətulla Əli Xameneyi "əfv edilməyən cinayəti" törədənlərə qarşı "amansız" olmağa çağırıb.

Zəhərlənmələr sentyabrın 16-da qadınların geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən 22 yaşlı Məhsa Amininin ölümündən sonra İranda baş qaldıran etirazlardan iki ay sonra başlayıb.

Son rəsmi məlumatlara görə, İranın 31 vilayətinin 25-də məktəblər hədəf alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG