Accessibility links

İran deyir ki, nüvə razılığını bərpa etmək "faydasızdır"


İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian. Beyrut, Livan. 13 oktyabr, 2023.
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian. Beyrut, Livan. 13 oktyabr, 2023.

İran şənbə günü bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən faktiki olaraq ləğv edilən dünya qüdrətləri ilə imzalanan nüvə razılığını bərpa etməyə cəhd etmək getdikcə “faydasızdır”.

“Bu gün, biz nə qədər irəliləyiş əldə etsək, nüvə razılığı bir o qədər faydasız olur,” xarici işlər naziri Hüseyn Əmirabdullahian Tehran Universitetinin tələbələrinə etdiyi çıxışında bildirib.

İran 2015-ci ildə sanksiyaların aradan qaldırılması müqabilində nüvə proqramını məhdudlaşdırmağa razılaşmışdı.

Ancaq razılıq Çin, Rusiya, Britaniya, Fransa və Almaniya daxil olmaqla bir neçə dünya qüdrəti ilə imzalansa da, Birləşmiş Ştatların 2018-ci ildə Trampın hakimiyyəti altında geri çəkilməsi ilə razılıq faktiki olaraq yararsız hala gəldi.

ABŞ-ın sanksiyaları bərpa etməsindən sonra, beynəlxalq banklar və bizneslər ABŞ-ın nizamlamlarını pozmaq qorxusu ilə İrandan uzaq durublar.

Trampın xələfi Co Bayden tərəfindən razılığı canlandıram səyləri 2022-ci ilin ortalarından bəri dalana dirənib.

“Qarşı tərəf bəzən İranın qırmızı xəttlərinə məhəl qoymadığı üçün, biz hazırda razılığa geri dönmək yolunda deyilik,” Əmirabdullahian deyib.

“Əlbəttə, bu o demək deyil ki, biz razılığı bir kənara atmışıq. Əgər razılıq bizim maraqlarımıza xidmət etsə, biz onu bütün qüsurları ilə [qəbul edəcəyik],” o deyib.

Beynəlxalq Atom Enerjisi Agentliyinin sözçüsü Rafael Qrossi oktyabr ayında beynəlxalq ictimaiyyəti indi nüvə silahına malik olan Şimali Koreyada olduğu kimi İranda da uğursuzluğa düçar olmamağa çağırıb.

İran bildirir ki, nüvə proqramı tamamilə dinc məqsəd daşıyır, ancaq BMT-nin nüvə qurumu 2021-ci ildən bəri İranın nüvə imkanlarının inkişafını müşahidə etməkdə çətinlik çəkir.

Forum

XS
SM
MD
LG