Accessibility links

Tramp: İrana qarşı iqtisadi sanksiyalar sərtləşdirilir


ABŞ prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaların əhəmiyyətli dərəcədə sərtləşdirdiyini bəyan edib. Vaşinqton Tehranı Səudiyyə Ərəbistanının neft obyektlərinə qarşı dron hücumlarında günahlandırır.

Tramp Twitter hesabında maliyyə naziri Stiven Mniçinə qüvvədə olan sanksiyaların daha da sərtləşdirilməsinə göstəriş verdiyini bildirib.

Bəyanat Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeonun ABŞ-ın İrandan qaynaqlandığını güman etdiyi Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumuna necə reaksiya veriləcəyini müzakirə etmək üçün çərşənbə günü Ciddə şəhərinə getdiyi vaxta təsadüf edir.

İranın dövlət İRNA xəbər agentliyi çərşənbə günü İranın Birləşmiş Ştatların ittihamlarını rədd edən diplomatık nota göndərdiyi və ona qarşı hər hansı addıma dərhal cavab verəcəyi barədə xəbərdarlıq etdiyini bildirib.

Şənbə günü Səudiyyə Ərəbistanı neftinin yarıdan çoxunu emal edən zavoda hücümün məsuliyyətini Yəməndə İran tərəfindən dəstəklənən husi üsyançıları üzərinə götürüb. Lakin ABŞ rəsmiləri mövcud sübutların bunun mümkün olmadığını göstərdiyini deyib.

XS
SM
MD
LG