Accessibility links

Sünni dünyası Süleymaninin öldürülməsini alqışlayır


Sünni dövlətlərindəki təhlükəsizlik mənbələri İranın İslam İnqilabı Keşikçiləri Korpusunun Quds Qüvvələri generalı Qasım Süleymani və onun Bağdaddakı müavini, İraqın Xətayib Hizbulla lideri Əbu Mehdi Əl-Muhəndisin öldürülməsini alqışlayır.

"Ərəblər və sünni müsəlmanların Qasım Süleymaniyə qarşı düşmənçilik hissi çoxdan yaranıb. Amerikanın bu addımı bölgədə müsbət qarşılandı və İranın 2030-cu ilədək regional bir imperiya qurmaq planının qarşısının alınması üçün Birləşmiş Ştatların İraqda mövcudiyyətinin vacibliyini göstərdi" - deyə, İran üzrə iordaniyalı təhlilçi Nabil Əl-Otum bildirib.

"Onun aradan qaldırılması İran hökumətində nəzarəti ələ almaq istəyən Tehrana sadiq siyasətçilərlə hərbi çevriliş planını ləngitdi. Deyə bilərəm ki, Amerikanın hərəkəti düzgün istiqamətdə idi" - deyə, təhlilçi əlavə edib.

Əl-Otum və digər təhlilçilər bölgədə müxtəlif təsirlərin və yeni təhlükələrin olacağını gözləyir. Baxmayaraq ki, onlar İran İslam İnqilabı Keşikçiləri Korpusunun Suriyadakı təsirinin əhəmiyyətli dərəcədə zəifləyəcəyinə inanır, ABŞ-İran münaqişəsinin episentri olaraq İraqın güclənəcəyini deyirlər.

Misir Strateji Araşdırmalar Mərkəzinin təqaüddə olan generalı və idarə heyətinin üzvü Məhəmməd İbrahim Süleymanının aradan qaldırılmasının bölgədə ciddi qarışıqlığa səbəb olacağını düşünmür.

"İranın bütün açıqlamaları Tehranın Birləşmiş Ştatlarla müharibə vəziyyətinə düşməsini istəmədiyini göstərir. Süleymaninin öldürülməsinə cavab reaksiyası məhdud olacaq. Lakin ərəb dövlətləri İraqı sabitləşdirməyə və milli ordusunu dəstəkləməyə çalışsalar da, mövcud vəziyyət buna imkan verməyəcək" - deyə, Məhəmməd İbrahim bildirib.

İraqın sabiq yüksək rütbəli rəsmisi Zauba Əl-Qavi ərəb təhlilçilrinin səsinə səs verərək, ABŞ-ın Süleymanini hədəf almaqla Qüds qüvvələrinə olduqca çox təmkin göstərdiyini deyib.

XS
SM
MD
LG