Accessibility links

Vaşinqtonda radikal islamın Qafqazda rolu müzakirə olundu


Oktyabrın 10-da ABŞ paytaxtı Vaşinqton şəhərindəki Hudson İnstitunda “Cənub Qafqazda radikal islamın yüksəlişi - Təhdidlər və Tədbirlər” adlı konfrans keçirilib. Mühazirəçilər ABŞ-ın Əfqanistandan hərbi qüvvələrini çıxartmağa davam edərkən Şimali Afrika, Yaxın Şərq və İrandan Cənubi Qafqaza gələ biləcək təhlükələri müzakirə ediblər.

Qafqaz ölkələri və beynəlxalq ictimayətin radikalizmin qarşısını almasınının vacibliyini vurğulayan konfransın mühazirəçiləri Azərbaycanı misal göstəriblər. "Azərbaycan regionda tolerant islamın ənənələrinə əsaslanaraq müsəlmanların digər dinlərə mənsub xalqlarla bir yerdə yaşadığı ölkələrdəndir," deyə tədbir iştirakçıları bildirib.

Konfransda Qafqaz ölkələri ilə əlaqələrini genişləndirməsində Birləşmiş Ştatların daha çox addımlar atmalı olduğu vurğulanıb.

Mühazirəçilər regionda sabitlik və təhlükəsizliyin qorunub saxlanmasının bu ölkələrin iqtisadiyyatına da töhvə verəcəyini deyiblər.
XS
SM
MD
LG