Accessibility links

Rusiya S-300 raketlərini İrana göndərilməsinə başlayıb


İranın dövlət xəbər agentliyinin məlumatına əsasən Rusiya İrana təkmilləşdirilmiş yer-hava raketlərini göndərməyə başlayıb.

Mehr xəbər agentliyi İranın xarici işlər nazirinin sözçüsü Hüseyn Cabər Ənsarinin çıxışına istinadən bildirib ki, "İran bir neçə dəfə raketlərin alınması tarixini dəyişsə də, Rusiya ilə əldə olunan razılıq icra olunmağa başlayıb".

Rusiya ilk dəfə deyil ki, İrana S-300 raketləri göndərir.

İlk dəfə 2007-ci ildə İsrail və Birləşmiş Ştatların təzyiqi ilə üzləşən Rusiya İranın nüvə proqramını inkişaf etdirməsinə görə raketlərin göndərilməsini təxirə salmışdı.

2015-ci ilin yazında Rusiya prezidenti Vladimir Putin qadağanın sona çatdığını elan etmiş və noyabr ayında İran ilə yeni razılıq imzalanmışdı.

Razılaşmaya əsasən İran S-300 raketlərinin təkmilləşdirilmiş versiyasını alacaq və ilk çatdırılma bu ilin ortalarında həyata keçiriləcək.

S-300 yer-hava raketi dünyada ən təkmilləşdirilmiş sistemdir.Bununla raketləri eyni zamanda fərqli istiqamətlərdə 150 km uzaqlığa göndərmək olar.

S-300 ilk dəfə 1979-cu ildə düzəldilsə də, həmin vaxtdan bəri bir neçə dəfə təkmilləşdirilib.

XS
SM
MD
LG