Accessibility links

Həsən Ruhani: "İran beynəlxalq ictimaiyyətlə danışıqlara hazırdır"


İran prezidenti Həsən Ruhani münahisəli nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyətlə ciddi danışıqlara hazır olduğunu bəyan edib.

Bu gün keçirdiyi ilk mətbuat konfransında Ruhani bildirib ki, İran dövləti dünya ilə qarşılıqlı ehtiram şəraitində təmasa hazırdır.

ABŞ və bəzi Qərb dövlətləri İranın nüvə silahı əldə etməyə çalışdığını deyir. İran isə nüvə fəaliyyətlərinin dinc mahiyyət daşığını bildirir.

Dünən Ağ Evin sözçüsü Cey Karni deyid ki, əgər İran nüvə proqramının dinc mahiyyət daşıdığını sübuta yetirsə, onun beynəxalq ictimaiyyətə qarıları açıla və təcridinə son qoyula bilər.
XS
SM
MD
LG