Accessibility links

Həsən Ruhani: "Ayrıseçkililiklərə qarşı mübarizə aparacağıma söz verirəm"


Andiçmə mərasimi dünən keçirilən İranın yeni prezidenti Həsən Ruhani ölkənin nüvə ambisiyaları ilə bağlı gərginlikləri azaltmaq üçün Qərblə dialoqa çağırıb. Cənab Ruhani dünən dövlət televiziya ilə canlı yayımlanan mərasimdə parlament üzvləri vəxarici ölkə təmsilçiləri qarşısında and içib.

Mərasim zamanı çıxış edən prezident Həsən Ruhani İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasına çağırıb. Cənab Ruhani eləcə də, İran xalqının islahatlar, dəyişiklik və əmin-amanlıq istədiyini deyərək, ölkədəki korrupsiya və ayrıseçkililiklərə qarşı mübarizə aparacağına söz verib.

Vaşinqtondan Ağ Evin sözçüsü Cey Karney Birləşmiş Ştatların əgər ciddidirsə cənab Ruhani hökuməti ilə işləməyə hazır olduğunu deyib.
XS
SM
MD
LG