Accessibility links

İran: Rəisinin helikopteri qəzadan sonra yanıb, hücuma dair işarə yoxdur


İranın mərhum prezidenti İbrahim Rəisini daşıyan helikopter dağa çırpılandan qısa müddət sonra yanmağa başlayıb və onun hücuma məruz qaldığına dair heç bir işarə yoxdur. Bu barədə dövlət mediası ordunun qəza ilə bağlı araşdırma aparan müstəntiqlərə istinadən məlumat verib.

Silhalı qüvvələrin qəzanı araşdırmaqdan məsul baş qərargahının yaydığı bəyanat cümə axşamı dövlət televiziyasında paylaşılıb. Qəza ilə bağlı ilk açıqlamada heç kim günahlandırılmasa da, əlavə araşdırma nəticəsində daha çox təfərrüatın açıqlanacağı bildirilib.

Bazar günü baş verən qəza nəticəsində Rəisi, ölkənin xarici işlər naziri və daha altı nəfər həlak olub.

Baş qərargahən açıqlamasında deyilir ki, qəzadan öncə idarəetmə qülləsi ilə helikopterin ekipajı arasındakı kommunikasiyada şübhəli heç nə olmayıb. Açıqlamada deyilib ki, qəzaya uğrayan helikopter ən son qəzadan təxminən 90 saniyə öncə onu müşayiət edən digər iki helikopterlə əlaqə qurub.

Açıqlamada bildirilir ki, helikopterə atəş açıldığına dair heç bir işarə yoxdur və onun uçuş yolu dəyişməyib.

Köhnəlmiş Bell helikopteri bazar günü dumanlı havada İranın şimal-qərbindəki dağlıq bölgədə qəzaya uğrayıb. Qəza yeri bazar ertəsi aşkar edilib və helikopterdə olan səkkiz nəfərin hər biri ölü tapılıb.

Rəisi cümə axşamı Məşhəd şəhərində İmam Rza Məbədində dəfn edilib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG