Accessibility links

İranda internet etirazlardan əvvəlki vəziyyətə qayıdacaqmı?


İranda baş qaldıran xalq etirazlarının ardından hakimiyyətin bütünlüklə blokladığı internet bir həftə sonra müxtəlif vilayətlərdə tədricən bərpa edilməyə başlayıb. Lakin siyasi fəallar internet bağlantısının etirazlardan əvvəlki vəziyyətə dönəcəyinə şübhə ilə yanaşırlar.

İnternet blokası qismən bitsə də, İranın müxtəlif bölgələrində baş verənlərlə bağlı məlumat əldə etmək etirazlardan əvvəlki dönəmə nəzərən xeyli çətinləşib.

Artan benzin qiymətinə qarşı noyabrın 15-də baş qaldıran və günlərlə davam edən kütləvi aksiyalarda, beynəlxalq insan haqları qruplarına istinadən, minlərlə etirazçı saxlanılıb, yüzdən artıq vətəndaş isə həlak olub.

Bir həftəlik internet blokadası səbəbilə hüquq müdafiəçiləri nəzarət altına alınan və öldürülən vətəndaşlar haqqında ətraflı məlumat əldə edə bilməyiblər.

Amnesty International təşkilatı twitter hesabında silahlı qüvvələrin bir dövlət binasının damından etirazçılara atəş açdığını göstərən bir videonu bu açıqlamalar ilə paylaşıb:

“Ekspertlər deyir ki, bu günə qədər heç bir şey logistik olaraq İranın interneti qapatması olayının mürəkkəbliyində olmayıb. Görünür ki, İran rəsmiləri, bu videoda olduğu kimi, bizim onların dövlət binalarının damlarından silahsız insanlara necə atəş açdıqlarını görməyimizi istəmirlər.”

Amnesty Inernational etirazların üçüncü gününə qədər ən az 106 nəfərin öldüründüyünə dair hesabat yaymışdı.

İnternet blokadası qismən bitsə də, İranın müxtəlif bölgələrində baş verənlərlə bağlı məlumat əldə etmək etirazlardan əvvəlki dönəmə nəzərən xeyli çətinləşib. Müşahidəçilər bildirir ki, İran İslam Respublikası xəbərlərin axdığı kanalları qapatmaq üçün daha mürəkkəb metodlardan istifadə etməyə başlamışdır.

İnternetin bloklandığı günlərdə vətəndaşlar hakimiyyətin “Milli İnternet” adlandırdığı daxili internet şəbəkəsinə bağlana biliblər. Bu, onlara sadəcə əsas serverləri İran daxilində olan internet portallarından istifadə etmək imkanı verib.

XS
SM
MD
LG