Accessibility links

İranda şiddətli iğtişaşlar davam edir, dövlət televiziyası 26 nəfərin öldüyünü bildirib


Polis nəzarətindəki gənc qadının ölümündən sonra baş qaldıran etirazlar cümə günü səhər saatlarında da İran boyu davam edib. Etirazçılarla təhlükəsizlik qüvvələri ilə şiddətli toqquşmalar baş verib. İran dövlət televiziyası təfərrüatları açıqlamadan iğtişaşlar zamanı ölənlərin sayının 26-ya çatdığını bildirib.

İranın onlarla şəhər və qəsəbəsindəki etirazların əhatə dairəsi qeyri-müəyyən olaraq qalsa da, bu, 2019-cu ildən bəri ən geniş etirazlardır və insan haqları qruplarının dediyinə görə, zorakılıq nəticəsində yüzlərlə insan öldürülüb.

İnternet müşahidə qrupu "Netblocks" İranın həmçinin mitinqlər təşkil etmək üçün istifadə edilən məşhur Instagram və WhatsApp kimi platformalara məhdudiyyətləri sərtləşdirdiyini və xarici dünyaya internet çıxışını kəsdiyini bildirib.

Dövlət televiziyasının aparıcısı cümə axşamı gecə bildirib ki, 22 yaşlı Mahsa Əmininin dəfnindən sonra keçən həftənin şənbə günü başlayan etiraz aksiyalar nəticəsində 26 etirazçı və polis öldürülüb. O, rəsmi statistikanın daha sonra açıqlanacağını deyib, ancaq keçmişdə baş verən iğtişaşlardan sonra İran hökuməti ölənlərin sayı ilə bağlı rəsmi məlumat verməyib.

Associated Press xəbər agentliyinin dövlət və yarı-rəsmi medianın bəyanatlarına əsaslanaraq verdiyi məlumata görə, iğtişaşlar azı 11 nəfərin həyatına son qoyub. Bu yaxınlarda Qəzvin qubernatorunun müavini Əbülhəsən Kəbiri şimal-qərb vilatətinin iki şəhərini sarsıdan iğtişaşlar zamanı bir vətəndaşın və yarı-hərbi qüvvələrinin bir zabitinin öldürüldüyünü bildirib.

İranda böhran keçən həftə Tehranda ölkənin Əxlaq Polisi tərəfindən tətbiq edilən geyim qaydalarını pozduğuna görə həbs edilən kürd qəsəbəsindən olan gənc qadın Əmininin ölümündən sonra bağlı başlayıb.

Onun ölümü Qərb ölkələri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən kəskin qınaqlara səbəb olub və ölkə əhalisinin reaksiyalarına səbəb olub. Videolarda Əmini həbs edilən zaman uzun qara paltarda və başında dövlət tərəfindən təsdiq edilmiş yaylıq olduğu görünüb.

Polis onun ürək tutmasından öldüyünü və onunla pis rəftar edilmədiyini bildirib. Lakin küçələrdə sosial və siyasi repressiyalara qarşı qəzəblərini dilə gətirən bir çox iranlı kimi onun ailəsi də polisin dediklərinə şübhə ilə yanaşır. Hakimiyyət iddia edir ki, adı açıqlanmayan xarici ölkələr və müxalifət qrupları iğtişaşları qızışdırmağa çalışır.

Sosial şəbəkələrdə yayılan videolarda Tehranda nümayişçilərin polis avtomobilini yandırdığını və məmurlarla yaxın məsafədə qarşı-qarşıya durduqlarını görmək olub. Paytaxtın başqa yerlərində çəkilən videolarda isə nümayişçilərin iğtişaş polisindən qaçaraq, "onlar insanlara atəş açır, aman Allahım, onlar insanları öldürür" deyir.

Şimal-qərbdəki Neyşabur şəhərində nümayişçilər aşmış polis avtomobilini alqışlayıb. Tehran və Məşhəddən çəkilmiş görüntülərdə qadınlar məcburi hicablarını bayraqlar kimi havada yelləyərək, "Azadlıq" şüarı səsləndirir.

Bəziləri hakim din xadimlərini devirməyə çağıran "Diktatora ölüm" və "mollalar getməlidir" kimi şüarlar da səsləndirib.

XS
SM
MD
LG