Accessibility links

İranlı jurnalist həbsdən bir həftə sonra zaminə buraxılıb


Elnaz Məhəmmədi
Elnaz Məhəmmədi

İran mediası hökumətin "Hammihan" qəzetinin jurnalisti Elnaz Məhəmmədinin həbs olunduqdan bir həftə sonra girov müqabilində azad edildiyini, lakin onun müxbir olan bacısının hələ də həbsdə olduğunu bildirib.

İslahatçı "Hammihan" qəzetinin yazdığına görə, Elnaz Məhəmmədi prokurorluğa "məlumatlandırılmaq üçün" getdikdə saxlanılıb və "Evin həbsxanasından girov müqabilində azad edilib".

Onun bacısı İlahə Məhəmmədi sentyabrın 29-da Məhsa Əmininin dəfn mərasimindən "Hammihan"a məlumat verdikdən sonra həbs edilib və hələ də həbsdədir.

Sentyabrın 16-da qadınlar üçün sərt geyim qaydalarını pozduğu iddiası ilə həbs edilən 22 yaşlı etnik kürd Əmininin həbsdə öldürülməsindən sonra İran ümummilli etirazlara səhnə olub.

Əmininin doğulduğu Kürdüstan vilayətinin Saqqız şəhərində keçirilən dəfn mərasimi ilk etiraz aksiyalarından birinə çevrilib və o vaxtdan bəri ölkə boyu iğtişaşlar davam edib.

İlahə Məhəmmədi "sistemə qarşı təbliğat" və "milli təhlükəsizliyə qarşı sui-qəsd"də ittiham olunub.

Rəsmilər etirazlar zamanı yüzlərlə insanın, eləcə də onlarla təhlükəsizlik işçisinin öldürüldüyünü bildirib. İctimai xadimlər, jurnalistlər və hüquqşünaslar olmaqla, minlərlə iranlı həbs edilib.

Tehran Jurnalistlər Cəmiyyəti-nin bildirdiyinə görə, etirazlar zamanı həbs edilən jurnalistlərdən 10-u hələ də həbsdədir.

İranın ali ruhani lideri Ayətulla Əli Xameneyi keçən həftə 1979-cu il İslam İnqilabının 44-cü ildönümü münasibətilə etiraz aksiyaları zamanı həbs edilənlərdən bəzilərinin, "əhəmiyyətli sayda" məhkumun əfv edilməsinə və ya cəzalarının yüngülləşdirilməsinə razılıq verib.

XS
SM
MD
LG