Accessibility links

İranlı professor kəşfiyyat orqanları tərəfindən zorla qaçırıldığını təsdiq edib


Dəryuş Fərhud
Dəryuş Fərhud

“İranın genetika elminin atası” kimi tanınan professor Dəryuş Fərhud naməlum təhlükəsizlik agentləri tərəfindən zorla qaçırıldığını və bir gündən çox sorğu-sual edildildikdən sonra sərbəst buraxıldığını təsdiq edib.

84 yaşlı alim yarı-rəsmi İSNA xəbər agentliyinə deyib ki, oktyabrın 30-da səhər saatlarında evindən çıxarkən qara geyimli “agentə oxşayan” iki nəfər onu salamlayıb və sonra “onun maşınına minib”.

“Sonra onlar məni başqa bir yerə aparıb, başqa maşına mindirdilər” - deyə, o bildirib.

Fərhudun rəhbərlik etdiyi genetika klinikasının əməkdaşları onun hökumət əleyhinə ölkəni sarsıdan hazırkı etiraz dalğasını açıq şəkildə dəstəkləməsindən sonra itkin düşdüyünü bildirib.

Fərhud həmçinin İslam Respuiblikasının rəhbərliyinin əhalinin sayının planlaşdırılması siyasətinin tənqidçisidir. Aprelin əvvəlində o, parlamentin dölün müayinəsini qadağan etmək və qanuni abortların qarşısını almaq planını insan haqlarının pozulması və ölkəni 200 il geriyə aparan addım kimi qiymətləndirmişdi.

İranda 22 yaşlı Mahsa Amini sentyabrın 16-da polis nəzarətində ölümündən sonra hər gün etiraz aksiyaları keçirilir. Əmini baş örtüyü ilə bağlı geyim qaydalarını pozduğuna görə saxlanmışdı.

Nümayişlər ölkə boyu genişləndikcə, insan haqları qrupları hüquq mühafizə orqanlarının sərt repressiya ilə cavab verdiyini, 270-dən çox insanın öldüyünü, minlərlə insanın həbs edildiyini bildirib.

Fərhud deyib ki, onu qaçıran şəxslər ondan təmasları barədə və hökuməti niyə tənqid etdiyini soruşublar.

İranın rəsmi mövqedən kənara çıxan və həssas sayılan mövzulara toxunan alimlər və ziyalıları hədəfə almaq təcrübəsinə malikdir.

Bir neçə iranlı professor hökumət əleyhinə etirazlara dəstək verdikdən sonra dindirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Alatava sakinləri evlərinin icazəsiz sökülməsinə etiraz edir
please wait

No media source currently available

0:00 0:14:11 0:00
XS
SM
MD
LG