İranın yenicə seçilmiş prezidenti Həsən Ruhani ölkə vətəndaşlarını sülh və sabitlik naminə qanunlara sadiq qalmağa çağırıb.
Mötədil ruhani bügünkü çıxışı zamanı ölkənin maraqları və qürurunun qorunması yolunda xalqın yardımına ehtiyacı olduğunu deyib.
Nüfuzlu islaharçı və sabiq baş nüvə müzakirəçisi Ruhani 37 milyon nəfərin səsinin təxminən 19 milyonunu əldə edib. O, 50 faizdən azacıq çox səs toplayaraq ikinci raund seçkilərinin keçirilməsinin qarşısını almağa nail olub.
Obama administrasiyası İran xalqının seçiminə hörmətlə yanaşdığını, lakin seçkilərin hökumətin maneələri və məhdudiyyətləri ilə keçirildiyini qeyd edib.