Aprel ayının 30-da Təbrizdə İranın təhlükəsizlik məmurları tərəfindən həbs edilmiş AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi Xalidə Xalid təqribən bir ay sonra azadlığa buraxılıb Azərbaycan Respublikasına geri dönsə də, onun həbsi ilə əlaqədar tutulan güneyli mədəni fəal Oxtay Rəşidi, habelə şair və yazar İlqar Müəzzinzadə hələ də İranın Ettelaat Nazirliyinin Təbrizdəki həbsxanasında saxlanılır.
İranın təhlükəsizlik məmurları aperlin 30-da tanınmış şair mərhum Ustad Şəhriyar haqda tədqiqat məqsədi ilə Təbrizə səfər edən Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov, habelə İran Azərbaycanlı mədəni fəallar Oxtay Rəşidi, Aşıq İsa Qaraxanlı, Əmir Hadiyan və cənab Fərhadini Təbrizdə qonaq olduqları bir evdə həbs ediblər. Təqribən 10 gün sonra mayın 8-də həmin həbslərlə əlaqədar güneyli şair, yazar və bloger İlqar Müəzzinzdə də Ərdəbilin Xiyav şəhərində həbs edilərək Təbrizin Ettelaat həbsxanasına aparılıb.
Xanım Xalid və digər məhbuslar daha sonra sərbəst buraxılıb. Ancaq ustad Şəhriyar tədqiqatçısı ilə birlikdə tutulan evində qonaq olduğu musiqi xadimi və mədəni fəal Oxtay Rəşidi, eləcə də yazar İlqar Müəzzinzadə hələ də Ettelaat həbsxanasında saxlanılırlar.
“harada olduğu bilinməyən İlqar Müəzzinzadə təqribən 20 gün sonra ailəsinə zəng edərək Təbrizin Ettelaat həbsxanasında saxlandığını bildirib”-deyə Oyan News veb səhifəsi qeyd edib.
Veb səhifəsində yayılan məlumata əsasən, yazara nə kimi ittihamlar irəli sürüldüyü bəlli olmasa da, təhlükəsizlik əməkdaşları yazarın ailəsinə “oğlunuz günahlarını etiraf edənə qədər Ettelaatda saxlanacaq,”-deyə onlara hədə-qorxu gəliblər.
“İlqar Müəzzinzadə mədəni fəaliyyətləri üzündən daha öncə də nəzarət altına alınıb və zəmanət qarşılığında buraxıldıqdan sonra doqquz ay həbsə məhkum edilmişdi.”
Oyan News-un birdirdiyinə görə, 40 gündən artıqdır Təbriz Ettelaat həbsxanasında saxlanılan qopuz ifaçısı mədəni fəal Oxtay Rəşidinin də ailəsinə övladlarının ittihamı ilə bağlı məlumat verilməyib.