Accessibility links

İran rəsmisi xəbərdarlıq edib ki, İsrail Qəzzaya hücumunu davam etdirdiyi təqdirdə müharibə yayıla bilər


İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian. Beyrut, Livan. 13 oktaybr, 2023.
İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian. Beyrut, Livan. 13 oktaybr, 2023.

İranın xarici işlər naziri cümə günü xəbərdarlıq edib ki, İranın Qəzza zolağına hücumları dərhal dayanmasa, zorakılıq Yaxın Şərqin başqa yerlərinə yayıla bilər.

Hüseyn Əmirabdullahian Bağdad daha sonra isə Beyruta səfər edib, günün sonunda isə Suriya paytaxtı Dəməşqə səfəri gözlənilirdi. İran bölgədə güclü militant qrupların, o cümlədən Livanda Hizbullah və İraqda Xalq Səfərbərlik Qüvvələrinin daxil olduğu “müqavimət oxu”na başçılıq edir.

Əmirabdullahian Beyrutda livanlı həmkarı ilə görüşdə İsrailin Qəzzaya hücumlarına son qoyulmasını müzakirə etdikdən sonra müxbirlərlə danışıb. O həmçinin Hizbullah lideri Həsaən Nəsrallahla, habelə baş nazir vəzifəsini icra edən Nəcib Mikati və parlamentin spikeri ilə görüşüb.

Müharibənin HƏMAS-ın ötən şənbə günü İsrailin cənubuna hücum edərək, yüzlərlə insanı öldürməsindən sonra, Hizbullah döyüşçülərinin hazır vəziyyətdə gözlədiyi Livana yayılacağına dair narahtlıqlar mövcuddur.

İsrail ordusu cümə axşam Suriyanın Dəməşq və Hələbdəki iki əsas beynəlxalq hava limanlarını vuraraq, onları xidmətdən kənar vəziyyətə salıb. Uçuşlar sahilyanı Latakia vilayətində bir hava limanına yönləndirilib. Bu zərbələr Suriyadan İsrailin işğal etdiyi Qolan təpəliklərinə mərmi atılmasından sonra endirilib.

Livan-İsrail sərhədində son bir neçə gündə ara-sıra baş verən zorakılıq aktları nəticəsində bazar ertəsi üç Hizbullah döyüşçüsü öldürülüb. İsrail ordusu bildirib ki, çərşənbə günü tank əleyhinə raket hücumu nəticəsində bir İsrail əsgəri həlak olub.

ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə digər oyunçuları münaqişəyə qoşulmamağa çağırıb və regiona Amerika döyüş gəmilərini göndərib, İsrailə tam dəstəyini vəd edib.

“Gülməli olan odur ki, Amerika tərəfləri təmkinli olmağa çağırdığı bir vaxt, saxta sionist qurumundakı cinayətkarlara Qəzzada qadınları, uşaqları və mülki insanları öldürməyə icazə verir,” Əmirabdullahian deyib.

O xəbərdarlıq edib ki, “əgər sionist qurum tərəfindən törədilən bu mütəşəkkil müharibə cinayətləri dərhal dayandırılmasa, biz hər cür ehtimalı təsəvvür edə bilərik.” O, təfərrüat verməyib, amma görünür bu, İranın dəstəklədiyi qrupların müharibə qoşula biləcəyinə işarə idi.

HƏMAS-ın yüksək səviyyəli rəsmisi Əli Barakeh bu həftə Beyrutda Associated Press agentliyinə bildirib ki, “Qəzza məhv etmək müharibəsinə məruz qalsa,” İran və Livanın Hizbullah qrupu kimi müttəfiqlər “döyüşə qoşulacaqlar.”

Əmirabdullahian deyib: “Amerika Qəzzada qadınlar, uşaqlar və mülki vətəndaşları öldürmək üçün silah və bomba göndərib, eyni zamanda tərəfləri təmkinə çağıra bilməz.”

Əmirabdullahian bpyük müsəlman əhalisi olan 57 ölkədən ibarət İslam Əməkdaşlığı Təşkilatının lideri və xarici işlər nazirlərini Qəzzada vəziyyəti müzakirə etmək üçün iclas keçirməyə çağırıb.

Əmirabdullahian Mikati ilə görüşdən sonra deyib ki, onun Beyruta səfərinin məqsədi regional gərginlik fonunda Livanda təhlükəsizliyi qorumaqdır. “Bizim üçün vacib olan Livanda təhlükəsizlik və sakitliyi qorumaqdır,” o deyib.

O əlavə edib ki, HƏMAS-n ötən həftəsonu etdikləri İsrail baş naziri Benyamin Netanyahunun siyasətinə cavabdır

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG