Accessibility links

İran və dünya qüdrətləri arasında danışıqların növbəti raundu mayda keçiriləcək



Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketin Eşton İran və dünya qüdrətləri arasında danışıqların növbəti raundunun mayda keçiriləcəyini bildirib.

Vyanada iki gün sürən danışıqlardan sonra danışan Ketrin Eşton müzakirələrin mayın 13-də başlayacağını deyib. Diplomatlar bu il artıq danışıqların üç raundunu keçirib.

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi dünya qüdrətləri ilə nüvə danışıqlarına dəstəyini təkrarən ifadə edib. Lakin o, eyni zamanda Tehranın atom proqramına malik olmaq hüququ olduğunu təkidlə bildirib.

Danışıq iştirakçıları keçən ildə əldə edimliş ilkin razılaşmaya əsasən hazırlanmış yekun razılaşmasının iyul ayının sonuna qədər əldə edilməsinə çalışır.

Müvəqqəti razılaşmada İranın Qərb tərəfindən tətbiq edilmiş sanksiyaların yüngülləşdirilməsi müqabilində narahatlıqlara səbəb olan nüvə fəaliyyətlərini dayandırması nəzərdə tutulur.
XS
SM
MD
LG