ABŞ dövlət katibi İranın nüvə proqramı ilə danışıqların razılıq əldə edilməsi ilə nəticələnəcəyinə ümidini ifadə edib.
Con Kerri əvvəlcədən proqnoz vermək istəmədiyini, lakin müzakirələrin həlledici mərhələdə olduğunu bildirib.
Bu gün P5+1 qrupu Vyanada müzakirələri davam etdirir. ABŞ, Britaniya, Çin, Fransa və Almaniya nümayəndələrinin iştirak etdiyi müzakirələr zamanı noyabr ayının 24-də başa çatacaq möhlətədək Iranın nüvə proqramına dair yekun razılıq əldə edilməlidir.
Hazırkı müzakirələrin əsas amalı dərin fikir ayrılıqlarını aradan qaldırıb, tərəflərin öz hökumətlərini güzəştlərə razı salmaqdır.
Bağlı qapılar arxasında keçirilən müzakirələr nüvə silahı üçün kifayət edəcək uran zənginləşdirilməsi sentrifuqaları, təftiş və sanksiyaların ləğvi kimi məsələlərə həsr edilib.