Accessibility links

İranın nüvə proqramı ilə bağlı müzakirələrin ikinci günü heç bir nailiyyət əldə edilməyib


İran, ABŞ və Avropa İttifaqı arasında İranın nüvə proqramı ilə bağlı müzakirələrin ikinci günü noyabr ayının 24-də başa çatacaq möhlətdən öncə heç bir nailiyyət əldə edilməyib.

ABŞ dövlət katibi Con Kerri iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Omanda görüş keçirib.

Müzakirələrdə Avropa İttifaqının xarici siyasət şöbəsinin rəhbəri Ketrin Eşton da iştirak edib.

Daha əvvəl Pekində olan Kerri razılıq əldə edilməsində ciddi fikir ayrılıqları olduğunu etiraf edib.

O, nüvə müzakirələrindən əlavə İranla İŞİD-ə qarşı birgə mübarizə səylərinin gündəmə gətiriləcəyini bildirib.

Görüşdən əvvəl Zərif Qərbin İrana qarşı sanksiyalarının nüvə proqramı ilə bağlı qarşıdurmanın həllinə mane olduğunu deyib. Nazir sanksiyaların qeyri-qanuni və onların qaldırılmalı olduğunu bildirib.

XS
SM
MD
LG