İran Vaşinqtona xəbərdarlıq edib ki, Tehran və dünya qüdrətləri arasında əldə olunan razılıq “danışıqlara açıq deyil.”
Xarici işlər nazirliyi yaydığı bəyanatda İranın “indi və ya gələcəkdə razılığa hər hansı dəyişikliyi qəbul etməyəcəyini” və “öhdəliklərindən əlavə addım atmayacağını” bildirib.
Twitterdə xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ preidenti Donald Trampın cümə günü İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyinə dair etdiya açıqlamasının “möhkəm çoxtərəfli sazişə xələl gətirmək cəhdi” olduğunu deyib.
Tramp artıq üçüncü dəfədir Tehranın nüvə silahları araşdıramlarına son qoyması üçün nəzərdə tutulan sərt sanksiyaları yenindən təxirə salıb.
O sanksiyaları sonuncu dəfə təxirə salmaqla Konqres və Avropa müttəfiqlərinə razılığı yaxşılaşdırmaq üçün 120 gün müddət verdiyini, əks təqdirdə isə ABŞ-ın sazişdən çıxacağını deyib.
Prezidentin razılığın “faciəvi nöqsanlarını düzəltmək” təklifinə İranın bütün nüvə obyektlərini beynəlxalq müffətişlərə açacağına dair razılığı və Tehranın heç bir zaman nüvə silahı hazırlamayacağına dair verdiyi söz daxildir .
Ağ Evin bildirdiyinə görə, İran razılığına İranın balistik raketləri daxil olmalıdır.
Bu razılıq olmadan, Birləşmiş Ştatlar İran razılığında qalmaq üçün sanksiyaları təxirə salmayacaq. Və bu razılığın mümkün olmadığını gördüyüm an, dərhal sazişdən geri çəkiləcəm,” deyə Tramp bəyanatında bildirib.
Bundan əlavə Maliyyə Nazirliyi insan haqları pozuntuları səbəbilə İran biznesləri və şəxslərini hədəf alan yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar 14 şəxs və biznesə tətbiq olunub. Onlardan ən tanınmışı isə ölkənin ədliyyə qolunun başçısı Sadiq Amoli Laricanidir. Nazirlik Laricaninin İran xalqına qarşı “ciddi insan haqları pozuntuları edən komissiya” ilə əlaqələndirib.
İranın xarici işlər nazirliyi isə bildirib ki, “Tramp rejiminin Laricaniyə qarşı qərəzli addımları beynəlxalq ictimaiyyət davranışlarında qırmızı xətti keçib, beynəlxalq qanunları pozur və İslam Respublikasının ciddi reaksiyası ilə cavablandırılacaq".
Tramp administrasiyasının iddia etdiyinə görə, nümayişçilərin əlaqə yaratmaq üçün istifaə etdikləri sosial media şəbəkələrini bloklayan İnqilab Keşikçiləri Korpusunun kiber bölümü də qara siyahıya salınıb.
Tramp administrasiyası rəsmisi bu sanksiyaların İranın ehtiyatsız və sabitliyi pozan davranışına cavab olduğunu bildirib. Bu davranışa etirazçılara qarşı təqib daxildir.
Qanuna əsasən, administrasiya hər ay 90 gündən bir Konqres qarşısında İranın 2015-ciildə əldə onunan razılığa əməl edib-etmədiyini təsdiqləməlidir.