Accessibility links

Güneylilər İranla nüvə razılığına necə baxır?


İran.nüvə
İran.nüvə

İyulun 14-də İranla dünya gücləri arasında uzun müzakirələrdən sonra nüvə razılığı əldə edilib.

Güneyli fəallar sosial şəbəkələrdə İranla 5+1 gücləri arasındakı razılıq haqda nə yazır?

Fərzad Səmədli
Fərzad Səmədli

“Mənə görə Ürmiyə gölünün canlandırılması və Azərbaycanıların ana dilində təhsil hüququnun tanınması nüvə razılığından daha çox əhəmiyyətlidir. Bu, Ruhani və digər ölkə liderlərinin əsas vəzifəsidir. Bu mövzuda kimsənin vəd etmək haqqı yoxdur. Necə ki bir həkim də deyə bilməz ki, "qonşularla əlaqəni yaxşılatsanız müalicə olunacaqsız,-deyə güneyli jurnalist Fərzad Səmədli öz Facebook səhifəsində yazıb.

”Məhəmməd Dalğa” adı ilə tanınan güneyli fəal isə Facebook sosial şəbəkəsində fars dilində bu sözləri yazıb: “Hərkəs bilsin ki, dünyada iki mövzu, bir vətən torpağı, bir də ana dili müzakirə mövzusu ola bilməz. Biz qeyd-şərtsiz ana dilimizə qarşı təbiq olunan sanksiyanın qaldırılmasını istəyirik. Biz türkuq və ana yasanın 15-ci maddəsinin icra olunmasını tələb edirik. Bizim ana dilimizi qadağan etməyin.”

Hazırda Türkiyədə yaşayan milli fəal Məhbub Əmrahi “Amerikanin Səsinə” müsahibədə deyib ki, Ayatullah Xameneyi belə görünür, hakimiyyətinin son dövründə olduğünü düşünüb bu işi sona çatdırmaq istəyib. "İranın bütün o illər boyunca razılığa sadiq qalacağına da inanmıram, amma sadiq qalsa, rejimin ömrü də uzanacaq"-deyə o bildirib.

Məhbub Əmrahi
Məhbub Əmrahi

Güneyli fəal bu razılığı mənfi qiymətləndirir: "İranda insan haqları sahəsində bundan sonra vəziyyət pisləşəcək. Bu razılıq rejimə 15 il daha zaman tanıdı və İranın Suriyada müdaxiləsinə legitimlik verildi. Razılığın Türkiyənin bölgəsəl gücünə mənfi təsiri olacağını düşünürəm.Lakin İran razılığa sadiq qaldığı təqdirdə İranın bomba əldə etməsinə ciddi şəkildə imkan olmayacaq."

Güneyli fəal əlavə edib ki, İranda rejim hakimiyyətdə qaldığı müddətdə güney məsələsi həll olmayacaq: "Razılıq əslində Güneyin assimilyasiyasına müsbet tesir edir. Eyni zamanda, Güneyin Qərb bölgələrində torpaqların da əldən getməsinə gətirib çıxara bilər. İran təzbiq altında olduğu müddətdə bizə haqq vermədiyi halda, indi Qərblə razılaşma əldə etdikdən sonra bizim haqlarımızı necə tanıyacaq?"

Elçin Hatəmi
Elçin Hatəmi

Hazırda Türkiyədə yaşayan güneyli fəal və insan haqları fəalı Elçin Hatəmi də Facebook sosial şəbəkəsində İranla razılaşmaya münasibət bildirib: “ İranda yoxsulluq sanksiyalara görə deyil, hökumətdə korrupsiya nəticəsindədir. Sanksiyalar qaldırılsa da xalqın vəziyyətində heç bir dəyşiklik olmayacaq. Onsuz da İranda qeyr-fars millətlər daim sanksiyalar altındadır. Çörəyinizin fikrində olun, artıq yemişin şəkəri yoxdu, boş sudur!”

Milli fəal Fətulla Zoqi öz Facebook səhifəsində İranla razılığı tarixi hadisələrlə müqayisə edib: “Əgər Abbas Mirzə müqaviləni Türkmənçayda imzalamasaydı, o zaman müzakirələri Qəzvində aparmağı qəbul etməli idi. İndi İran liderləri də on il keçəndən sonra "Qəzvində" razılıq imzalayıb, pislə ən pis arasında seçim edib. Hələ məlum deyil Türkmənçay müqaviləsini indiyə qədər utana-utana yad edən xalq bu razılaşmanı bu qədər zövqə qarşılasa da on illər sonra nələr deyəcək?" -deyə o qeyd edib.

Fətulla Zoqi
Fətulla Zoqi

"Razılıq haqqında dost düşmən yetəri qədər yazıb lakin bir məsələnin qeyd etmək yaxşıdır kı, bundan sonra İranın Rusiya və Çinin təsiri altından çıxması İran xalqının, xüsüsi ilə Türklərin xeyrinə olacaq. Ümidim var ki bu siyasət davamlı olsun”,-deyə Fətulla Zoqi Facebook səhifəsində yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG