Accessibility links

Dünya qüdrətləri İranın nüvə proqramını yenidən gündəmə gətirib



Dünyanın altı qüdrətli dövləti Qazaxıstanda bu gün keçirilən danışıqlar zamanı Tehranın beynəlxalq ictimaiyyətin nüvə proqramı ilə bağlı narahatlıqlarını ünvanladığı təqdirdə sanksiyaların yüngülləşdirilməsini təklif edə bilər.

Almatıda Birləşmiş Ştatlar, Britaniya, Fransa, Rusiya, Çin və Almaniya nümayəndələrinin İran rəsmilərilə keçirəcəyi danışıqlar zamanı əsaslı inkişafın olacağı gözlənilmir. Lakin Assoşieyted Press və Röyter agentlikləri Avropa İttifaqı və ABŞ-da mənbələrə istinadən İranın şərtlərə razı olduğu halda sanksiyaların yüngülləşdirilməsi təklifinin verilə biləcəyi haqda məlumat verib.

İran nüvə proqramının dinc xarakter daşıdığını bildirir, lakin beynəlxalq ictimaiyyət Tehranın nüvə bombası istehsal etməyə çalışması ilə bağlı narahatlığını ifadə edir.

Xarici ölkələrə səfəri çərçivəsində Londonda olan ABŞ dövlət katibi Con Kerri regionda vəziyyəti nəzərə alaraq nüvə silahına malik İranın qəbuledilməz olduğunu deyib.
XS
SM
MD
LG