Accessibility links

Nigeriyada həbs edilən yaraqlıların İranla əlaqəsi inkar edilir


İran ABŞ və İsrailə qarşı terror hücumu ilə əlaqədar Nigeriyada həbs edilmiş üç yaraqlının İranla hər-hansısa əlaqəsini inkar edib.

İranın xarici işlər nazirinin müavini Huseyin Əmir-Abdullahian bu gün deyib ki, bu növ iddialar İranla Qərb arasında münasibətlərin pis olmasına görə meydana çıxıb. O, əlavə edib ki, İranla Nigeriya arasında münasibətlər inkişaf etməkdədir.

Çərşənbə günü Nigeriya rəsmiləri qrupun lideri olduğu ehtimal edilən şiə təriqətinə mənsub Abdullahi Mustafa Berende də daxil olmaqla, üç nəfərin həbs edildiyini elan edib.O, rəsmilərə 2006-cı ildə şiə islamçı universitetində təhsil almaq üçün ilk dəfə İrana səfər etdiyini deyib.

Berende dekabr ayında saxlanılıb. Lakin onun saxlanılması haqda xəbər bu həftəyə qədər elan edilməmişdir.

Dövlət Təhlükəsizlik İdarəsinin sözcüsü deyib ki, rəsmilər dördüncü şübhəli şəxsin axtarışındadır.
XS
SM
MD
LG