Accessibility links

İran həbsxanasında koronavirusa yoluxan Nərgiz Məhəmmədi sağalıb


Ölkəsində insan haqlarının müdafiə etdiyi üçün 2015-ci ildən bəri həbsdə olan jurnalist Nərgiz Məhəmmədinin həyat yoldaşı keçən ay koronavirus simptomları olan arvadının sağaldığını deyib.

Parisdə mühacirətdə yaşayanTağı Rəhmani çərşənbə axşamı Amerikanın Səsinin Fars şöbəsinə göndərdiyi yazılı mesajında həyat yoldaşı Nərgiz Məhəmmədinin xəstəliyinin təhlükəli mərhələdən keçdiyini bildirib.

Rəhmani həyat yoldaşında əvvəl də mövcud olan sağlamlıq problemlərinə görə, xəstəliyin ağ ciyərlərə yayılma ehtimalının və ciddi risk altında olduğunu yazıb.

Rəhmani İranın şimal-qərbindəki Zəncan həbsxanasında həyat yoldaşı Məhəmmədivə kameradakı bir neçə qadında koronavirus simptomları olduğu barədə xəbəri Nyu Yorkdakı İnsan Hüquqları Mərkəzinə iyulun 7-də çatdırıb.

Daha sonra Nərgiz Məhəmmədi simptomların təsdiqləndiyi barədə məlumatı həbsxanadan tərəfdarlarına göndərdiyi məktubda bildirib. Həmin məktub iyulun 13-də internetdə yayımlanıb. Nərgiz məktubunda həbsxana rəhbərliyinin ona onun iyulun 8-də verdiyi koronavirus testinin nəticələri barədə məlumat verməkdən imtina etdiyini də bildirib.

Çərşənbə axşamı Amerikanın Səsinə göndərdiyi mesajda Rəhmani həyat yoldaşı ilə son dəfə nə zaman və ya hansı şəraitdə təmasda olduğu barədə məlumat verməyib. Orada Məhəmmədinin koronavirus testinin nəticəsi barədə də məlumat olmayıb.

Rəhmani 2018 və 2019-cu illərdə əməliyyatlardan sonra ağ ciyərindəki problemə və immun sisteminin zəifləməsinə görə, habelə dekabr ayında Zəncan həbsxsnasınas köçürüldükdən sonra döyüldüyünə görə Nərgizin həbsxanadan kənarda xüsusi tibbi yardıma ehtiyacı olduğunu bildirib.

XS
SM
MD
LG