Accessibility links

İranlılar ölkədə sürətlə yayılan koronavirusla bağlı İslamçı hökumətdən şikayət edir


Amerikanın Səsinin Fars şöbəsinə zəng edən İran vətəndaşları ölkədə sürətlə yayılan koronavirusla bağlı İslamçı hökumətdən şikayət edir.

Bazar ertəsi çıxan `Straight Talk` proqramına paytaxt Tehrandan və ölkənin digər bölgələrindən zəng etdiklərini deyən iranlılar hökuməti virusa qarşı mübarizədə olduqca ləng tərpənməkdə, virusun yayılması barədə ictimaiyyəti çaşdırmaqda və vəziyyətdən sui-istifadə etməkdə günahlandırıb.

Amerikanın Səsinə zəng edənlər hökumət orqanlarından mövcud təhlükəyə görə kimliklərini açıqlamayıblar.

İran rəsmiləri koronavirusdan (COVID-19) ölənlərin sayının bazar gündən bəri 54 nəfərdən 77 nəfərə çatdığını, yoluxma hallarının isə 2336 nəfərə çatdığını bildirib.

Beynəlxalq səhiyyə mütəxəssisləri İranda ölüm hallarının rəsmilərin dediyindən daha yüksək olduğunu bildirib.

Bazar ertəsi İranın səhiyyə naziri Səid Nəmaki televiziya müraciətində Bəsic yarı-hərbi qüvvələrin dəstəyi yüz minlərlə işçinin virusa yoluxmaları aşkar etmək üçün ölkə daxilində yoxlamalar aparmaq üçün səfərbər edildiyini elan edib.

XS
SM
MD
LG