Accessibility links

İran koronavurisa yoluxma hallarını təsdiq edib


İran çərşənbə günü yeni koronavirusun ilk dəfə iki nəfərdə aşkar edildiyini təsdiqləyib. Hökümət rəsmisi bunu virusa yoluxanların sınaqlarının nəticələrinin çıxmasından az sonra açıqlayıb.

"Hər hansı təsdiqlənmiş halları elan edəcəyimizi vəd etdiyimiz kimi, bir neçə dəqiqə əvvəl səhiyyə naziri Qum şəhərində yeni koronavirusun iki halını təsdiqləyib" deyə, Əli Rəbeyi Tvitter-də bildirib.

Səhiyyə Nazirliyinin bildirdiyinə görə, xəstələr təcridxanaya qoyulub.

Əli Rəbeyi virusa yoluxmuş iki nəfərin milliyəti barədə heç nə deməsə də, bəzi məlumatlara görə onların İran vətəndaşları olduqları deyilib.

Yeni yoluxma hallarının sayının azalmasına baxmayaraq, çərşənbə günü Çində yeni koronavirus nəticəsində ölənlərin sayı 2 min nəfəri keçib. Çin hökuməti epidemiyanın mərkəzi olan Uhan şəhərində qorunma tədbirlərinı daha da gücləndirib.

Ümumdünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Ghebreyesus Çindən son günlər əldə olunan məlumatların yeni yoluxma hallarının azaldığına işarə olduğunu deyib.

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında Çindən kənardə 794 təsdiqlənmiş yoluxma halının olduğu bildirilib.

XS
SM
MD
LG