Accessibility links

İranın ali dini lideri Xameneyinin bacısı etirazçılara qarşı basqıları pisləyib


Məşhəd şəhərində etirazlar
Məşhəd şəhərində etirazlar

İranın ali ruhani liderinin bacısı məktubunda İranda nümayişçilərə qarşı basqıları pisləyib və İnqilab Keşikçilərini geri durmağa çağırıb. Məktubu liderin bacısı oğlu Fransada dərc etdirib.

İranda yaşayan Bədri Hüseyni Xameneyi 2022-ci ilin dekabrında yazdığı məktubunda İslam Respublikasının yarandığı gündən bu günə qədərki ruhani quruluşunu tənqid edib.

"Bunu indi bəyan etməyi məqsədəuyğun hesab edirəm: Mən qardaşımın hərəkətlərinə qarşıyam və Xomeyni dövründən tutmuş Əli Xameneyinin despotik xilafətinin indiki dövrünə qədər İslam Respublikasının cinayətlərinə yas tutan bütün analara başsağlığımı bildirirəm" o, oğlu Mahmud Moradxani çərşənbə günü Twitter-də paylaşdığı məktubda yazıb.

Fransada yaşayan Moradxani Amerikanın Səsi Fars şıbəsinə "Ümid edirəm ki, anamın sözləri [İslam Respublikasına] müxalif olan din xadimlərinin səssizliyini pozacaq" deyib.

Moradxani deyib ki, onun və anasının 2009-cu ildən bəri İranın ali dini lideri ilə heç bir əlaqəsi yoxdur və "əvvəldən bu rejimə qarşı olan" anası indi danışır.

Moradxani həmçinin bildirib ki, etirazçılar "artıq bu rejimdən qorxmur".

"Hökumətin repressiyaları artıq hərəkata təsir göstərmir və etirazları zəiflətmir" - deyə, Moradxani bildirib.

Bədri Xameneyi məktubunda İnqilab Keşikçilərini "silahlarını yerə qoymağa" və "gec olmadan xalqa qoşulmağa" çağırıb.

İranın dövlət mediası cümə axşamı bildirib ki, İran Tehranda yolu bağlamaqda və təhlükəsizlik qüvvələrinin əməkdaşına hücum etməkdə təqsirli bilinən şəxsi edam edib.

Çərşənbə günü tələbə etirazçılar İranın əxlaq polisi tərəfindən saxlanılan iranlı kürd qadının sentyabrda öldürülməsi ilə başlayan vətəndaş iğtişaşları dalğasının bir hissəsi olaraq İran boyu küçələrə çıxıb.

XS
SM
MD
LG