İran ali dini lideri Ayətulla Əli Xameneyinin yardımçısının sözlərinə görə, İran hücuma məruz qalsa, İsrailə qarşı hava hücumu həyata keçirəcək. Yarı-rəsmi Fars xəbər agentliyi Xameneyinin İnqilabi Keşikçilərindəki nümayəndəsinə istinadən bildirib ki, yəhudi dövləti və ya onun müttəfiqləri İrana hücum etsə, Tehran Tel-Əvivin ürəyini vuracaq. Nümayəndə Müjtəba Zolnur oxşar açıqlamaları keçən ilin oktyabr ayında da vermişdi. Son aylar Tehran və Qərb qüdrətləri arasında İranın nüvə proqramı ilə bağlı gərginliklər artmaqdadır. Birləşmiş Ştatlar BMT-nin İrana qarşı yeni sanksiyalar tətbiq etməsi səylərinə rəhbərlik edir.
Ayətulla Əli Xameneyinin yardımçısı Müjtəba Zolnur sözlərinə görə, yəhudi dövləti və ya onun müttəfiqləri İrana hücum etsə, Tehran Tel-Əvivin ürəyini vuracaq