Accessibility links

İran iki aktrisanı hicab qanununu pozmaqda ittiham edib


Pantea Bəhram
Pantea Bəhram

İranın yerli mediası hökumətin qanun pozuntularına qarşı mübarizə elan etməsindən bir neçə həftə sonra ölkədə qadınlar üçün geyim kodunu pozan şəkillərini dərc etdiklərinə görə iki tanınmış aktrisanın ittiham edildiyini bildirib.

Tehran polisi Kətayun Riyahi və Pantea Bəhramı "ictimai yerdə hicabı çıxarmaq və internetdə fotoşəkillər yaymaq cinayətində" günahlandıraraq, işləri İran məhkəməsinə göndərib.

Mühakimə olunduqları təqdirdə aktrisalar cərimə və ya həbs cəzası ala bilər.

Bu ayın əvvəlində polis İranın məcburi geyim kodunu pozan qadınlarla mübarizə aparmaq üçün ictimai yerlərdə "ağıllı" texnologiyadan istifadə edəcəyini bildirib.

Keçən həftə 53 yaşlı Bəhram film nümayişində hicabsız şəkil çəkdirdikdən, 61 yaşlı Riyahi isə Tehranda ictimai yerlərd hicabsızə çəkdirdiyi bir neçə fotosunu yayımladığına görə ittiham olunub.

Qadınların ictimai yerlərdə hicab taxması tələbi 1979-cu il İslam inqilabından qısa müddət sonra tətbiq edilib.

Keçən il sentyabrın 16-da 22 yaşlı kürd qadın Məhsa Əmininin hicab qanununu pozduğu iddiası ilə həbsdə öldürülməsindən sonra İranda geyim kodunu pozan qadınların sayı artıb.

Aprelin 16-da rəsmilər işçiləri geyim qaydalarına əməl etməyən 150 ticarət obyektini bağlandığını bildirib.

Bəhram və Riyahi İranın aparıcı kino tədbiri olan "Fəcr Beynəlxalq Film Festivalı"nda bir neçə mükafat qazanıb.

XS
SM
MD
LG