Accessibility links

Jurnalist İranda həbs olunan qardaşının taleyindən narahatdır


IranWire internet saytının jurnalisti Şima Şəhrabi çərşənbə günü deyib ki, o, üç həftədən çoxdur İran hakimiyyəti tərəfindən həbs edilən qardaşının fiziki vəziyyətindən narahatdır.

Şəhrabi Tvitter hesabında qardaşı Səccad Şəhrabinin media fəaliyyətinə görə həbs edildiyini və qardaşı ilə telefon əlaqəsinin bir həftədir kəsildiyini yazıb.

O əlavə edib ki, qardaşı ona təkadamlıq kamerada saxlandığını və aclıq aksiyasından sonra bir neçə nəfərlik kameraya köçürüldüyünü deyib.

Jurnalistləri Müdafiə Komitəsinin bildirdiyinə görə, İran İslam Respublikası dövlət televiziyasında müxbir və aparıcı işləyən Səccad Şəhrabi mayın 3-də Tehranda atasının evində həbs edilib.

Sərhədsiz Reportyorlar təşkilatı Mahsa Əmininin polis nəzarətində öldürülməsinə cavab olaraq sentyabr ayında etirazlar başlayandan bəri İran "mətbuat azadlığı baxımından dünyanın ən repressiv ölkələrindən biri" olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyü Miller çərşənbə axşamı Amerikanın Səsinə deyib ki, Birləşmiş Ştatlar İran hakimiyyətini əsassız həbslərə və saxta məhkəmələrə, eləcə də İran xalqını əsas azadlıqlardan məhrum etməyə son qoymağa çağırıb.

XS
SM
MD
LG