Accessibility links

Benyamin Netanyahu: İranın nüvə bombası istehsalına altı ay qalır


I
I
İsrailin baş naziri Benyamin Netanyahu İranın nüvə bombası istehsalına altı ay qaldığını deyib. NBC telekanalına müsahibəsi zamanı o deyib ki, İran 90 faiz uran zənginləşdirməsinə nail olmağa yaxınlaşır. Netanyahu bir daha əvvəlcədən elan edilməmiş hərbi ölçünün iki pis arasında ən yaxşı variant olduğunu bildirib. Baş nazir ona bunun edilməməsinin məsləhət görüldüyünü, lakin hərəkə keçməməyin keçməklə müqayisədə daha təhlükəli olduğunu bildirib.

İsrailin hökumət başçısının mövqeyi ABŞ prezidentinin mövqeyi ilə fərqlidir. BŞ-ın BMT-dəki səfiri Suzan Rays İranın hələ bu mərhələdən uzaq olduğunu bildirib. O, beynəlxalq sanksiyaların İran iqtisadiyyatına baha başa gəldiyini və prezident Obamanın İranı nüvə silahı istehsalından çəkindirmək əzmində olduğunu deyib.

İsrail-İran məsələsi ABŞ-ın seçki kampaniyalarında da gündəmə gətirilir. Prezidentliyə respublikaçı namizəd Mitt Romni Obamanı İsraili tək qoymaqda günahlandırır.
XS
SM
MD
LG