Accessibility links

İnqilab Qvardiyası terrorçular siyahısında - Gərginliklərin daha bir mənbəyi


ABŞ-la İran arasında gərginliklər prezident Donald Trampın İran İslam İnqilab Qvardiyasını terrorçular siyahısına salması ilə daha da dərinləşib.

Bununla ilk dəfədir ki, Vaşinqton xarici ölkənin hərbi qüvvələrini rəsmən terror qrupu olaraq tanıyıb.

ABŞ prezidenti bildirib ki, qrupun terrorçu təşkilat kimi tanınması “İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görmək, ya da ona dəstək göstərməyin risklərini aydın edir”. “Əgər siz İslam İnqilab Keşikçiləri Korpusu ilə iş görürsünüzsə, siz terrorizmi maliyyələşdirirsiniz” - deyə, Tramp bildirib.

İranın kəskin tənqidçilərindən biri olan dövlət katibi Mayk Pompeo Tramp administrasiyasının Tehrana qarşı sərt siyasi mövqeyinin bir hissəsi olaraq siyasi kursda dəyişiklik edilməsinə səy göstərib.

İranın dövlət İRNA agentliyinin bildirdiyinə görə, ABŞ İnqilab Qvardiyasını terrorçular sıyahısına salmaqla, Vaşinqton qarşılıqlı cavabla üzləşəcək. İranın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib ki, Amerikanın İnqilab Qvardiyasını terrorçu adlandırması İsrailin baş naziri Benyamin Netanyahunun maraqları adından Vaşinqtonu "bataqlığa sürükləməsi deməkdir."

Pasdaran kimi tanınan İnqilab Korpusu 1979-cu ilin aprel ayında, İran Islam İnqilabından sonra təsis edilib. Pasdarana İranın Ali ruhani lideri Ayətullah Xomeyni tərəfindən islam sistemi və inqilab dəyərlərin müdafiəsi mandatı verilib.

Ölkə daxilində İnqilab Korpusu Bəsic Müqavimət Qüvvələrinə də rəhbərlik edir. Bu, dini künüllü qrupu rejimi dəstəkləməklə yanaşı, daxili dissidentlərin susdurumasına xidmət edir.

Bu qrup həm də qadınların geyim kodu, habelə qəbsayağı spirtli içkilərlə keçirilən şənliklərə nəzarət edir.

Xaricdə isə korpusun kölgəsi general-mayor Qasem Süleymaninin rəhbərlik etdiyi Qüds Qüvvələridir. Bu qüvvələr Livanın Hizbullah kimi siə qrupuna dəstək verməklə, Yaxın Şərq və digər bölgələrdə nüfuzunu gücləndirib.

Elitar Qüds Qüvvələri 1980-ci il İraq-İran müharibəsi zamanı təsis edilib. Hazırda bu qüvvələrdə 15 min əsgər xidmət göstərir.

Qasem Süleymani
Qasem Süleymani

Qüds Qüvvələri Livan, Suriya, İraq, Yəmən, Fələstin əraziləri və Əfqanıstandakı münaqişələrdə İrana arxalanan döyüşçülər və ya hökumətlərə dəstək verir.

Son zamanlar isə qüvvələr Suriyada prezident Bəşar Əl-Əsəd rejimini himayə edir.

2007-ci ABŞ tərəfindən terroru dəstəkləyən qrup kimi tanınan Qüds Qüvvələrini 2012-ci ildə Kanada terrorçu qrup adlandırıb.

Bunun ardınca Səudiyyə Ərəbistanı və Bəhreyn İnqilab Qvardiyasını 2018-ci ildə terrorçu siyahısına salıb.

XS
SM
MD
LG