Accessibility links

İraqın baş naziri İran rəsmiləri ilə görüşəcək


İraqın baş naziri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi və İslam Dövlətinə qarşı mübarizə səylərinin müzakirəsi məqsədi ilə sabah Tehranda İran rəsmiləri ilə görüşməlidir.

Heydər Əl-Abadinin birgünlük səfəri terrorizmlə mübarizədə birlik əldə edilməsi məqsədi daşıyır.

İraqın baş nazirini neft, energetika, iqtisadiyyat və ticarət nazirləri müşayiət edəcək.

Tehranla Bağdad arasında illik ticarət 4.2 milyard dollar təşkil edir.

Bağdadın şiə hökumətini dəstəkləyən İran İraqa yaraqlılarla mübarizəyə yardım məqsədi ilə hərbi qüvvə göndərib.

Abadinin səfəri 2010-cu ildən bəri ilk dəfə olaraq İraqın nazirlər kabinetinin tam təşkilindən sonra həyata keçirilir.

XS
SM
MD
LG