Accessibility links

İran prezidenti ölkələr arasında iqtisadi əlaqələri gücləndirmək məqsədi ilə İndoneziyaya səfər edir


İran prezidenti İbrahim Rəisi qlobal geo-siyasi gərginliyin artdığı bir vaxt müsəlmanların çoxluq təşkil etdiyi ölkələr arasında iqtisadi əlaqələri gücləndirmək məqsədi ilə çərşənbə axşamı iki günlük səfəri çərçivəsində indoneziyalı həmkarı Coko Vidodo ilə görüşəcək.

İndoneziya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Rəisi İndoneziyaya Vidodonun dəvəti ilə səfər edir. Belə ki, İndoneziya pandemiyadan sonrakı iqtisadiyyatını ixracını sürətləndirməklə bərpa etməyə çalışır.

Tehran Qərbin ABŞ-ın başçılığı ilə beynəlxalq məsələlərdəki dominantlığına alternativ və iki ölkə bu ay İndoneziya-İran Preferensial Ticarət Sazişi ilə bağlı danışıqları yekunlaşdırandan sonra əlavə əməkdaşlıq yolları axtardığı bir vaxt, bu səfərlə İranın İndoneziya ilə əlaqələrinin dərinləşəcəyi gözlənilir. Bu barədə İndoneziya Ticarət Nazirliyi məlumat verib.

Nazirliyin hesablamalarına görə, İndoneziya və İran arasında ticarət dövriyyəsi yanvar-mart ayları arasında 54,1 milyon dollar təşkil edib. Keçən il ikitərəfli ticarətin həcmi isə 23 faizdən çox artaraq, 257,2 milyon dollar olub.

İndoneziya Ticarət Nazirliyinin ikitərəfli danışıqlar üzrə direktoru Coni Marta deyib ki, İran İndoneziya üçün qeyri-ənənəvi ticarət tərəfdaşı olub. "Bu Preferensial Ticarət Sazişi ilə biz Yaxın Şərqdə və İranda bazar və ixrac imkanlarımızı genişləndirməyə ümid edirik" deyib.

Keçən ilin sentyabrda Özbəkistanda keçirilən görüşdən sonra gələcək əməkdaşlıq qurmaq məqsədi ilə Raisi çinli həmkarı Şi Tsinpinlə bu ilin fevral ayında bir də görüşüb.

Hər iki ölkənin ABŞ-la münasibətləri gərgindir və özlərini Rusiya ilə yanaşı Amerika gücünə qarşı güc kimi təqdim etməyə çalışır.

Çərşənbə günü Cakartadan yola düşməzdən əvvəl Raisi İndoneziya Nümayəndələr Palatasının sədri Puan Maharani, din xadimləri və iş adamları ilə də görüşəcək. O, Cakartanın Cənub-Şərqi Asiyanın ən böyük İstiqlal Məscidini ziyarət edəcək və İslam universitetində mühazirə oxuyacaq.

XS
SM
MD
LG