Accessibility links

Tractor Spor saytının redaktoru Heyran Heydəri həbs edilib


Təbrizli jurnalist və Tractor Spor saytının redaktoru Heyran Heydərinin (Mehdi) aprelin 25-də mülki geyimli məmurlar tərəfindən evindən aparıldığı bildirilir.

Xəbər saytlarının yaydığı məlumata görə, məmurlar evli və bir kiçik uşağı sahibi olan jurnalistin evini axtarı aparıb, kompüteri və bəzi digər əşyalarını aparıblar. Onun hazırda harada saxlanıldığı ilə bağlı məlumat yoxdur.

Heyran Heydəri internet səhifələrində yaydığı məqalələrində məsullar, o cümlədən Traktorsazi futbol klubunun prezidenti Məmməd Hüseyn Cəfərinin klubla bağlı siyasətini sərt şəkildə tənqid edib.

Son zamanlar İran höküməti Tıraxtur ilə bağlı saytlar, bloqlar və facebook səhifələri yaradan tərəfdarlara təzyiqlər tətbiq etməyə başlayıb. “Fevralın 26-da Tractorsazi-Əl-Cəzirə maçtı zamanı üzərində İngilis dilində “Güney Azərbaycan İran deyil!” yazılmış böyük plakatın Təbriz stadionunda nümayiş etdirilməsindən sonra azərbaycanlı futbol azarkeşlərinə qarşı tətbiq olunan basqılar kəskin şəkildə artıb”-deyə, Azərbaycan veb səhifələri yazırlar.

Saytlar həmçinin Tıraxturun son zamanlar məğlubiyyətinin klubun “İrançı” məsulları tərəfindən qəsdən edildiyini qeyd edir.

“Trakrtorsaziyə ən böyük zərbəni pan-türkistlər vurur. Onlar “Güney Azərbaycan İran deyil!” plakatı nümayiş etdirib və separatist şüarlar səsləndirməklə kluba qarşı ehtirasları qızışdırırlar”-deyə milli fallara qarşı olan bəzi veb səhifələri fikir irəli sürürlər.
XS
SM
MD
LG