Accessibility links

İranda qız şagirdlərə kimyəvi hücumlar davam edir


Zəhərlənən şagirdlərin yaxınları Tehranda Təhsil Nazirliyinin binası qarşısında etiraz edir
Zəhərlənən şagirdlərin yaxınları Tehranda Təhsil Nazirliyinin binası qarşısında etiraz edir

İranda məktəblər Novruz bayramı tətilindən sonra yenidən açıldıqdan sonra qız şagirdlərə kimyəvi hücumlar davam edib.

Zəhərlənmələrə görə kimin məsuliyyət daşıdığı məlum deyil. Lakin bəzi iranlılar günahkarların öz hökumətləri olduğundan şübhələnir.

Hücumlar ölkə daxilində məktəbləri hədəf alıb və mətbuatın verdiyi məlumata görə, şagirdlər binalara yayılan naməlum maddələrdən zəhərlənib. Zərərçəkənlərdən bəziləri nəfəs darlığı və digər tənəffüs əlamətləri ilə xəstəxanalara yerləşdirilib.

İranda zəhərlənmələr baş örtüyünü düzgün örtmədiyi üçün əxlaq polisi tərəfindən həbs edilən və həbsdə olarkən ölən gənc qadın Məhsa Əmininin ölümünə etiraz olaraq, başlayan hərəkatdan az müddət sonra başlayıb.

İranın ali dini lideri Ayətulla Əli Xameneyi zəhərlənmələrə görə məsuliyyət daşıyanların müəyyən edilərək cəzalandırılmasını istəyib.

Dövlət mediası keçən çərşənbə axşamı 20 məktəbli qızın Şərqi Azərbaycanın şimal-qərb vilayətinin paytaxtı Təbrizdəki xəstəxanaya yerləşdirildiyini bildirib.

Noyabrın sonundan bəri baş verən hadisələr dalğasında 5000-dən çox məktəbli xoşagəlməz qoxular hiss etdiklərini bildirib, huşunu itirmə, ürəkbulanma, nəfəs darlığı və digər simptomlardan əziyyət çəkib.

Ölkə boyu təxminən 230 məktəbdə baş verən naməlum hallar şagirdlər və onların valideynləri arasında qorxu və qəzəb yaradıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG